Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2284

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümə “Leyli və Məcnun “ tamaşası ilə yekun vuracaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının  90-cı  mövsümü repertuar tamaşalarının nümayişi ilə yanaşı yaradıcılıq planına uyğun olaraq  hazırlanan yeni səhnə əsərləri, yerli və xarici beynəlxalq teatr festivalları və müsabiqələrdən uğurlu nəticələri ilə yaddaqalan olub.  Belə ki, teatr yola salmağa hazırlaşdığı 90-cı mövsüm ərzində bir sıra yeni layihələri ilə tamaşaçıların qarşısına çıxıb. Kollektiv mövsüm müddətində 10-dan artıq beynəlxalq teatr festivalında Azərbaycan teatrını təmsil edib, bir beynəlxalq layihəyə imza atıb. Həmçinin mövsüm müddətində  məktəblilər və böyüklər üçün birlikdə 12 yeni tamaşa hazırlayaraq tamaşaçıların ixtiyarına verib. Sevindirici haldır ki, Cümhuriyyətin 100 illiyi ərəfəsində ölkə başçısının sərəncamı ilə bir qrup mədəniyyət xadimlərinə fəxri adlar verilmişdir və bu adların siyahısında teatrımızın aktyorlarının da adı yer almışdır.  

Teatr 90-cı mövsümünə iyulun 15-də yekun vurur. Həmin gün saat 14.00-da balaca tamaşaçılar üçün “Çippolino”, saat 19.00-da isə orta əsr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar artist Nicat Kazımovdur. Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçsı Həmid Kazımzadə,  tryukların quruluşçusu İsa Əsədov, rejissoru Müşviq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Yeni tamaşada rolları Əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Günel Məmmədova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Bəhram Həsənov, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Çarhanlı, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova, Könül Əbilova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Kərəm Hadızadə, Elnur Hüseynov, Rasim Cəfərov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Müşviq Əliyev, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Anar Səfiyev, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Gülbəniz Mustafayeva, Zemfira Əbdülsəmədova, Elnur Əliyev, Ceyhun Məmmədov, Mirzağa Mirzəyev, Aygün Fətullayeva, Nuranə Hüseynova, Feyruz Məmmədov ifa edəcəklər.

XƏBƏRLƏR

17.10.2019 13:55
Finlandiya teatrının Bakı səhnəsində “Gediş”i
17.10.2019 12:33
M.A.P. festivalında “Universal hadisə”
17.10.2019 12:27
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənəli şəkildə qeyd edilib
17.10.2019 11:45
Macarıstanda keçirilən tədbirdə Mərkəzi İncəsənət məktəbinin nümayəndə heyəti iştirak edib
17.10.2019 10:20
Respublika Uşaq Kitabxanasında “Türk birliyinə aparan yol” adlı tədbir keçirildi
17.10.2019 09:03
Tanınmış yazıçı-dramaturq və kinorejissor Əmir Pəhləvanın 60 illiyi qeyd olunub
16.10.2019 17:47
Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb
16.10.2019 15:49
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində müsabiqə laureatları tətif edilib
16.10.2019 15:34
Abdulla Şaiqin xatirəsi anılıb
16.10.2019 14:20
Lənkəranda Respublika Folklor Festivalının seçim mərhələsi keçirildi
16.10.2019 09:59
Qazaxıstanın Mədəniyyət və Təhsil nazirləri ADMİU-da olub
16.10.2019 09:37
Qazaxıstanlı qonaqlar Bakı Xoreoqrafiya Akademiyasında olublar
16.10.2019 09:24
Bakıda Dağıstan poeziyasının görkəmli nümayəndəsi Stalskinin 150 illiyi qeyd olunub
16.10.2019 09:14
Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub
15.10.2019 18:48
Teatrımızın canlı ensiklopediyası İlham Rəhimlinin 70 illiyi qeyd olunub
15.10.2019 09:07
Musiqili Teatrın yaradıcı kollektivi daha bir beynəlxalq festivalda iştirak edir
14.10.2019 16:21
Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni beynəlxalq metodiki vəsait hazırlayıb
14.10.2019 11:50
Milli Dram Teatrı “Ölülər”i növbəti dəfə təqdim edib
14.10.2019 11:39
Xalq şairi Süleyman Stalskinin 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcəkdir
14.10.2019 09:17
Qubada keçirilən “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib
12.10.2019 12:07
Rusiya folklor kollektivlərinin konsert proqramı maraqla qarşılanıb
12.10.2019 12:05
Şuşa Teatrı 2 premyera ilə tamaşaçılarının görüşünə gəlir
11.10.2019 20:44
Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib
11.10.2019 17:09
“Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu”na həsr olunan tədbir keçirildi