Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1306

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni premyera

Martın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  H.X Andersenin “Qar kraliçası” əsəri əsasında eyni adlı tamaşanın premyerası keçirildi.

Tamaşa məktəblilərin yaz tətili və Novruz bayramı ərəfəsində təqdim edildiyi üçün ilk olaraq səhnəyə Novruzun sevilən personajları Keçəl və Kosa çıxaraq uşaqları bayram münasibətilə təbrik etdilər.

Daha sonra tamaşa nümayiş olundu. Bir hissəli treyler janrında təqdim edilən tamaşa uşaqların bu günə kimi izlədiyi Qar kraliçasından tamamilə fərqlidir. Məktəblilərin mistikaya marağı nəzərə alınaraq tamaşada müəllifin bu nağılında olan böyük dramatizm səhnədə nümayiş olunur.  

Qar kraliçasının dünyanı buza çevirmək istəyinin arxasında nə durur? Məlum olacaq ki, o özünə bərabər qüvvəyə malik bir nəfər axtarır. Tamaşanın sonunda görəcəyik ki, onun krallığında nə qədər cavan oğlan donubmuş! Bircə Kay kraliçanın soyuğuna qarşı dözümlü çıxır. Lakin Kayı donmağa qoymayan Gerdanın məhəbbəti və dost sədaqəti oğlanı kraliçanın əsarətindən xilas edir. Uşaqlar bütün bu suallara cavbı tamaşanı izləyərək cavab tapdılar. Tamaşa maraqla qarşılandı. Yaz tətili günlərində bütün uşaqları bu mraqlı tamaşanı izləməyə dəvət edirik.

Tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

Tamaşada Mehriban Hüseynova, Zemfira Əbdülsəmədova, Könül Əbilova, Anar Seyfullayev, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Qəmər Məmmədova, Aygün Fətullayeva, Xəyalə Meydanova, İlqarə Tosova,  və digər aktyorlar rol alıb.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib