Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1656

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd edildi

Dekabrın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

Yubiley gecəsində dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə teatr sənətinin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə son illər aparılan islahatlardan, eləcə də Gənc Tamaşaçılar Teatrının tarixi keçmişindən, qazandığı uğurlardan söz açıb.

“Teatr sənəti Azərbaycan xalqının tarixində özünəməxsus yer tutur. Azərbaycan xalqı özünü teatrsız təsəvvür edə bilməz. Xalqımızın mədəniyyət tarixində teatrın böyük rolu var. 147-ci mövsümünü yaşayan Azərbaycan teatrı xalqımızın inkişafında əvəzsiz rol oynayıb. Bu il artıq 3-cü teatrın yubileyini qeyd edirik. Bu yubileylər öz-özlüyündə keçirilən yola yenidən nəzərə salmağa və gələcəyə doğru yeni istiqamətlər açmağa imkan verir. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı teatrın simasını tamamilə dəyişib. Ötən 10 il ərzində bu sahədə inqilabi dəyişikliklər baş verib” - deyə nazir diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan teatr sənətinin, teatr xadimlərinin həm maddi, həm də mənəvi cəhətdən dəyərləndirilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Belə ki, öz yaradıcılığı ilə fərqlənən sənət ustalarına Azərbaycan Respublikasının fəxri adları, Prezident mükafatları və Prezident təqaüdləri verilir, onların əməyi ölkənin ən yüksək mükafatlarına – orden və medallarına layiq görülür.

Teatrlarımızın beynəlxalq festivallarda iştirakı mədəniyyət siyasətimizin prioritet istiqamətlərindən biri kimi daim dəstəklənir və bu sahəyə xüsusi önəm verilir. Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 30-dan artıq ölkəsində keçirilən beynəlxalq tədbirlərdə, festivallarda respublikamızı uğurla təmsil edib.

2018-ci ilin Azərbaycan teatr həyatı üçün xüsusilə əlamətdar bir il olduğunu söyləyən Ə.Qarayev deyib ki, ölkə başçısının müvafiq sərəncamları ilə bu il Mingəçevir və Sumqayıt Dövlət Dram teatrlarının 50 illik yubileyləri yüksək səviyyədə qeyd edilib.

Ə.Qarayev diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin teatr sənətinə xüsusi diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan teatrı ötən əsrin 70-ci illərdən başlayaraq parlaq yaradıcı uğurlara və davamlı inkişafa nail olub. “Müasir dövrümüzdə ulu öndər Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin teatr sahəsinə göstərdiyi qayğı nəticəsində ölkə teatrlarının yaradıcılıq axtarışları daim dəstəklənib və maddi-texniki bazası möhkəmləndirilib, müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub. Gənc Tamaşaçılar Teatrı da bu qayğıdan kənarda qalmayıb, teatrın binasında 2007-ci ildə əsaslı təmir-bərpa işləri aparılıb. Açılış mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Ümid edirəm ki, 90 illik yubiley ərəfəsində sənət ocağında zəhməti olan əməkdaşlar dövlətimizin başçısı tərəfindən mükafatlandırılacaq ”, - deyə Ə.Qarayev vurğulayıb.

90 yaşını qeyd edən sənət ocağında bugünədək 600-dək yeni səhnə əsərinin hazırlanmasına diqqət çəkən nazir deyib ki, teatr hər zaman istər böyüklər, istərsə də uşaqların ən sevimli məkanı olaraq qalır.

Əbülfəs Qarayev deyib: “Bu gün təkcə Gənc Tamaşaçılar Teatrının bayramı deyil, həm də Azərbaycan teatr həyatının, teatrsevərlərin bayramıdır. Bir daha hamınızı bu bayram münasibətilə təbrik edir, Azərbaycan teatrının inkişafı uğrunda göstərdiyiniz dəyərli xidmətlərə görə, hamınıza təşəkkür edirəm. Teatrın kollektivinə yaradıcılıq uğurları arzulayıram, bayramınız mübarək”.

Sonra teatrın repertuarında xüsusi yer tutan bir sıra səhnə əsərlərindən hisslər təqdim olunub.

XƏBƏRLƏR

17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir
15.07.2019 12:32
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
15.07.2019 08:44
Azərbaycanın Əməkdar artisti, dirijor Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib
15.07.2019 08:43
“Ürəyində arzu tut” tamaşası Şəkidə nümayiş edilib
15.07.2019 08:41
Professor Fırat Purtaş: UNESKO-nun Şəki barədə qərarı Azərbaycana şərəf gətirən tarixi bir uğurdur
12.07.2019 16:19
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib
12.07.2019 15:48
Milli Kitabxanada “Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə tədbir keçirilib.
12.07.2019 15:15
Milli Dram Teatrında mövsümün sonuncu tamaşası “Qarabağnamə” olacaq
12.07.2019 15:11
Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq