Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
768

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru 36-cı Beynəlxalq Fəcr festivalının münsiflər heyətində

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək 36-cı Beynəlxalq Fəcr Teatr festivalına dəvət olunub. Tanınmış rejissor və teatr xadimi dünyanın onlarla ölkəsinin təmsil olunduğu bu nüfuzlu festivalda ekspert kimi iştirak edəcək. Bu məqsədlə Ə. Lalayev 21 yanvar – 1 fevral 2018-ci il tarixlərində İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzinin rəsmi dəvəti ilə qonşu ölkəyə səfər edəcək. Artıq bir neçə dəfədir ki, dünyanın müxtəlif teatr və musiqili festivallarında münsif kimi iştirak edən Əliqismət Lalayev bu sənət yarışmasını teatr sahəsində ən maraqlı yarışmalardan biri kimi qiymətləndirir.

“Düşünürəm ki, bu dəvət dünyaca məşhur Beynəlxalq Fəcr Teatr festivalının təçşkilatçıları tərəfindən Azərbaycan teatrına göstərilən etimaddır, ümumilikdə teatr sənətimizə sevginin, rəğbətin təzahürüdür. Bundan öncəki - 35-ci Beynəlxalq Fəcr Teatr festivalında bizim Musiqili Teatr da iştirak edirdi. Dünyanın təqribən 20 ölkəsinin təmsil olunduğu bu nüfuzlu sənət yarışmasında kollektivimiz dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyasını təqdim etdi. Tamaşanın nümayişi anşlaqa səbəb olub. Səhnə əsəri festival təşkilatçıları və Təbrizli tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Məhz bunun nəticəsi olaraq təbrizlilərin xahişi ilə festival proqramından əlavə “Ər və arvad” tamaşasını ikinci dəfə göstərdik. Kollektivimizin üç üzvü bu möhtəşəm festivalın mükafatını qazandı. Mükafatlar təqdim olunarkən bütün zal onları ayaq üstə qarşıladı, sürəkli şəkildə alqışladı. Bu, bütövlükdə Azərbaycan mədəniyyətinə olan böyük marağın və sevginin göstəricisi idi. Hesab edirəm ki, İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzi məhz o uğurlu çıxışın və ölkəmizin adına qazanılan qalibiyyətin nəticəsi olaraq bu dəfə məni belə bir nüfuzlu festivala ekspert qismində dəvət edib. Çaqlışacağam ki, bu dəfə də Azərbaycanı layiqincə təmsil edim”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib