Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1214

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Batalyon” sənədli filmi nümayiş etdirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il yanvar ayının 31-də “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrasına uyğun olaraq Mədəniyyət Nazirliyinin və Dövlət Flim Fondunun birgə təşkilatçılığı ilə dekabrın 3-dən 6-dək Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, dekabrın 4-dən 7-dək isə Azərbaycan Dillər Universitetində “Azərbaycan Kinosu Günləri” keçirilir.

Dekabrın 3-də “Azərbaycan Kinosu Günləri” çərçivəsində ADPU-da dövlət sifarişi ilə “Yaddaş” studiyasında çəkilmiş “Batalyon” sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən öncə ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev çıxış edərək bildirib ki, Azərbaycan kinosu böyük və şərəfli inkişaf yolu keçib. Mədəniyyət Nazirliyinin ali təhsil müəssisələrində “Azərbaycan Kinosu Günləri” keçirməsi təqdirəlayiqdir. Belə tədbirlər tələbə-gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinə müsbət təsir göstərir.

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Ərşadoğlu çıxışında bildirib ki, “Batalyon” filmini digər filmlərdən fərqləndirən başlıca xüsusiyyət filmin rejissoru Nizami Abbasın Qarabağ uğrunda gedən döyüşlərin canlı şahidi və iştirakçısı olmasıdır. Filmin əsasında real həyat hadisələri, döyüşlərin iştirakçısı olmuş insanlar dayanır. Bu da filmin təsir gücünü daha da artırır.

“Batalyon” filminin rejisssoru Nizami Abbas filmin nümayişinin təşkilinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, film haqqında ətraflı məlumat verib və gəncləri vətənpərvər olmağa səsləyib. Sonra “Batalyon” filmi nümayiş etdirilib və maraqla qarşılanıb.

Qeyd edək ki,  “Azərbaycan Kinosu Günləri”nin keçirilməsində məqsəd gənc nəsli milli kinonun inciləri, maarifləndirici və vətənpərvərlik mövzularında olan sənədli flimlərlə tanış etməkdir. “Azərbaycan Kinosu Günləri” çərçivəsində “Xəlvətdə qalmış müdrik”, “Sirli bənövşə”, “Tarın sədaları”,  “Cümhuriyyət tələbələri”, “Parisdən məktublar” filmləri nümayiş etdiriləcək.

XƏBƏRLƏR

25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib