Azərbaycan Dövlət Teatr Muzeyində M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçirilmişdir
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 18 oktyabr 2017-ci il tarixində böyük Azərbaycan şairi, ictimai-siyasi xadim M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçirilmişdir.
Gecədə M.P.Vaqifin həyat və yaradıcılığından söhbət açılmış, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə aşıqlardan ibarət saz havaları səslənmiş,
həmçinin Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının Teatr şöbəsinin şagirdləri tərəfindən xalq şairi S.Vurğunun “Vaqif” dramından səhnə göstərilmiş, şeirlər söylənilmiş, vokal sinfinin trio ansamblının müşayiəti ilə “Qarabağ şikəstəsi” ifa olunmuşdur. Gələn qonaqlara muzeyin fond materialları əsasında “Vaqif” dramının səhnə təcəssümünü əks etdirən video-çarx da nümayiş etdirilmişdir.
Mədəniyyət və incəsənət xadimləri, Bakı şəhər muzeylərinin əməkdaşları, media nümayəndələri tədbirdə iştirak etmişlər.