Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1788

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru Dövlət Xor Kapellası ilə bir səhnəni bölüşdü

6 dekabr 2018-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Xor Kapellasının Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətiylə möhtəşəm konsert proqramı ilə çıxış etdi. Kapellanın bədii rəhbəri və baş dirijoru xalq artisti Gülbacı İmanovadır. Proqram dünya şöhrətli, məhşur caz ifaçılarının repertuarından səslənən tanınmış mahnılarla zalda əyləşən tamaşaçılarda əsl bayram əhval ruhiyyəsi oyatdı.

Bu möhtəşəm proqramda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xorunun solistləri də yer almışdır. “Şəms” uşaq xorunun bədii rəhbəri və dirijoru əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyevadır. Balacaların ifasında səslənən M.Mirzəyevin “Yeni il” mahnısı, V.Şainskinin “Улыбка”, A.Əlizadənin “Tıq tıq xanımın mahnısı”, S.Fərəcovun “Aşpazlar” və “Küpəgirənlərin mahnısı” zalda əyləşən tamaşaçıların aramsız alqışları ilə müşayiət olundu.

Konsertini sonunda bütü solistlər səhnəyə dəvət olundu. Bununla da Azərbaycan Dövlət Akademik Xor Kapellasının Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş konsert tədbiri sona çatdı.

XƏBƏRLƏR

07.04.2020 13:24
"Evdə qal evdə yarat": Müraciətlərə davam edin!
07.04.2020 12:42
"Sənətə dəstək ol" xeyriyyə aksiyası
07.04.2020 10:54
"Minnətdarıq" adlı Respublika rəsm müsabiqəsi elan olunur
06.04.2020 15:34
İlham Namiq Kamal: "Hamını bir-birinə dəstək olmağa çağırıram"
06.04.2020 14:04
Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edir
06.04.2020 12:26
Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
06.04.2020 10:03
Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir
02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib