Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3613

“Azərbaycan ədəbiyyatında Mir Cəlal ədəbi irsi” mövzusunda tədbir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 25 may 2018-ci il tarixdə  Əməkdar Elm xadimi,  professor, “Qafqazın müdafiəsinə görə", "Əmək igidliyinə görə"  medalları,  "1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində fədakar əməyinə görə", "Qırmızı əmək bayrağı", "Oktyabr inqilabı",  "Şərəf nişanı"  ordenləri,  iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və "Qabaqcıl maarif xadimi" nişanı ilə təltif olunmuş yazıçı, ədəbiyyatşünas    Mir Cəlal Paşayevin anadan olmasının  110 illik yubileyi ilə əlaqədar  “Azərbaycan ədəbiyyatında Mir Cəlal ədəbi irsi” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb Azərbaycanın  görkəmli yazıçısı, ədəbiyyatşünas  Mir Cəlalın həyatı, ədəbi fəaliyyəti haqqında geniş məlumat verdi. Bildirdi ki, görkəmli ədib İranda anadan olmuş, kiçik  yaşlarından Gəncə şəhərinə köçmüşdür. Gəncə Darülmüəllimində, Kazan Şərq Pedaqoji İnstitutunda, Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsil almışdır. 1928-ci ildən isə ədəbi fəaliyyətə başlamışdır. "Kommunist", "Gənc  işçi" qəzetlərində, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində fəaliyyət göstərmişdir.  Yaradıcılığında vahid azərbaycançılıq ideyasını tərənnüm edən Mir Cəlalın ədəbi irsi bütün dövrlər üçün aktualdır.

Filologiya elmləri doktoru, yazıçı Esmira Fuad Mir Cəlalın bədii yaradıcılığı, hekayələrində ibrətamiz kəlamlar, nəsihətamiz ibarələrə geniş yer verməsindən, oxucu marağını özünə cəlb etməsindən  danışandan sonra bildirdi ki, onun  1939-cu ildə yazdığı "Bir gəncin manifesti” romanı məzmunu, ideyası və bədii mükəmməlliyinə görə  bir qədər fərqlidir.  XX əsr Azərbaycan ədəbiyyatının şedevrləri sırasında olan bu roman Mir Cəlalın yaradıcılığında uzun illərdən bəri davam edən mütərəqqi ənənələrin əsl nümunəsidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Həcər Hüseynova Mir Cəlal Paşayevi üç zirvənin vəhdətində dayanan  insan adlandırdı. Çıxışında əsl pedaqoq, yaradıcılığı Azərbaycan ədəbiyyatında silinməz izlər qoyan görkəmli yazıçının əsərlərinin dili, aforizmlərdən yerli-yerində istifadə etməsi, romanlarının ideya-bədii xüsusiyyətləri haqqında danışdı. 

Mir Cəlal Paşayev nəslinin Cənubi Azərbaycan dövrünün tədqiqatçısı, şair, jurnalist  Dəyanət Səlimxanlı müəllifi olduğu “İlahi nur”  kitabında görkəmli yazıçının həyatı haqqında məlumat verməsindən, kitab boyu sanki ədibin ömür illərinin vərəqlənməsindən danışdı. Kitabın tezliklə “Soy ağacı” adlı ikinci hissəsinin oxucuların istifadəsinə veriləcəyini vurğuladı.

Tədbirdə həmçinin,  hərbçi, polkovnik Elmar Hüseynov, “Beynəlxalq və Azərbaycan yazıçılar və jurnalistlər birliyi”nin üzvü Tofiq Seyidov, “İranlı Mühacirlər Cəmiyyəti”nin sədri Rəhim Hüseynzadə, “Krım Azərbaycan Qobustan Proqramı”nın redaktoru Həbib Əliyev,  Respublika Ağsaqqallar Şurasının üzvü Sevil İsrafilova,  Beynəlxalq Ekologiya Akademiyasının müşaviri Fazil Hacıyev, “Sosial Rifah və Tədqiqatlar” ictimai birliyinin sədri Əkrəm Bəydəmirli, “Merinos” firmasının prezidenti Yadulla Cümşüdov, “Dünya və Uşaq” ictimai birliyinin sədri Dünyaxanım Əliyeva, “Jurnalistlər ekstremal şəraitdə” ictimai birliyinin sədri Firuzə Əsədullayeva, “Respublika Qadınlar Cəmiyyəti”nin üzvü Hüsniyyə İskəndərova,  BDU-nun müəllimi Pərviz  Kazimi, “Dünya  Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə  Dəstək”  ictimai  birliyinin  sədri  Tofiq  Əlizadə,  şair-publisist  Şahlar Baba da iştirak edirdilər.

Tədbirdə “Mir Cəlal Paşayev” adlı video çarx  nümayiş edildi.    

Tədbirin sonunda  “İranlı Mühacirlər Cəmiyyəti”nin birinci müavini Firudin İbrahimi “Sülh uğrunda”, şair, jurnalist  Dəyanət Səlimxanlı “İlahi nur”  kitablarından bir neçə nüsxə kitabxanaya hədiyyə verdilər, “Yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayev” adlı kitab sərgisinə baxış keçirildi.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib