Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4352

“Azərbaycan ədəbiyyatında vətənpərvərlik” mövzusunda tədbir keçirilib

Noyabrın 26-da Abdulla Şaiqin mənzil-muzeyi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadçı Vətənpərvərlər Təşkilatı ilə birgə “Azərbaycan ədəbiyyatında vətənpərvərlik” mövzusunda tədbir keçirib.

Abdulla Şaiqin mənzil-muzeyində keçirilən tədbirdə UNEC-in professor-müəllim və tələbə heyəti, muzey əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin direktoru, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə babasının təkcə Azərbaycan ədəbiyyatının klassiki yox, həm də böyük pedaqoq olduğunu vurğulayıb. Həmçinin 1918-ci ildə əsası A.Şaiq tərəfindən qoyulan və yaradıcısının adını daşıyan Şaiq Nümunə Məktəbinin vaxtilə İqtisad Universitetinin binasında fəaliyyət göstərməsi faktını diqqətə çatdırıb.

UNEC-in prorektoru, Əməkdar müəllimi Səadət Qəndilova torpaqlarımızın işğal altında olduğunu unutmamağımız üçün vətənpərvərlik mövzusunda əsərlərin daha çox yazılmasının, onların gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib. O, həmçinin ölkəmizdə bu istiqamətdə aparılan dövlət siyasətini təqdir edib.

Tədbirdə UNEC-in tələbəsi, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli vətənpərvərlik ideyalarının gənclər arasında yayılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə oxuduğu ali təhsil ocağında həyata keçirilən bir sıra layihələrdən söz açıb.

Muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyevanın “Vətənpərvər şair Abdulla Şaiq” mövzusunda məruzəsi dinlənilib. Məruzədə A.Şaiq yaradıcılığında vətən, millət, azadlıq ideyalarının xüsusi yer aldığı vurğulanıb.

Tədbirdə iştirak edən araşdırmaçı jurnalist Aida Eyvazlı Aprel döyüşlərinin iştirakçılarına həsr etdiyi ikicildlik kitabının ərsəyə gəlməsindən danışıb və kitabının bir nüsxəsini UNEC-in ikinci kurs tələbəsi, Aprel döyüşlərinin iştirakçısı İbadət Bədəlova təqdim edib.

Tədbirdə UNEC-in Azərbaycan dili kafedrasının müəllimləri adından filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz İsmayılzadə çıxış edərək vətənpərvərlik ideyalarının başlanğıcını folklordan götürdüyünü dilə gətirib.

Sonra universitetin tələbələrinin ifasında bədii proqram nümayiş olunub və muzeyin müxtəlif nəşrləri UNEC-in prorektoruna təqdim edilib.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb