Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3865

Azərbaycan Fotoqraflar Birliyinin 20 illiyinə həsr olunan fotosərginin açılışı keçirildi

Mayın 14-də Bakıda “1969” qalereyasının sərgi salonunda Azərbaycan Fotoqraflar Birliyinin (AFB) 20 illik fəaliyyətinə həsr olunan sərginin açılış mərasimi keçirildi.

“Beynəlxalq foto günləri - 2018” adlı fotosərgi Mədəniyyət Nazirliyi, “Art Faktor” şirkəti və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin təşkilati dəstəyi ilə reallaşdı.

AFB-nin İdarə heyətinin sədr müavini Rauf Umudov çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, mayın 16-dək davam edəcək sərgidə Beynəlxalq foto günlərində qalib gəlmiş xarici ölkələrdən və Azərbaycandan olan  fotoqrafların ilk turu keçmiş əsərləri, habelə Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) qızıl mükafatını qazanmış Mehmet Gökyiğidin və Gürcüstan fotoqraflarının əsərləri nümayiş olunacaq. Sərgi çərçivəsində eyni zamanda seminar və görüşlər də təşkil ediləcək.

Vurğulandı ki, fotomüsabiqəyə 57 ölkədən 383 fotoqraf 5 min 306 foto təqdim edib. Müsabiqədə qalibləri 9 nəfərdən ibarət beynəlxalq dərəcəli münsiflər heyəti qiymətləndirib. Dörd nominasiyada 52 mükafata 27 ölkənin fotoqrafları, o cümlədən azərbaycanlı fotoqraflar layiq görülüb.

Rauf Umudov qeyd etdi ki, beynəlxalq mükafatlar mayın 15-də “Nur Art House” qalereyasında və mayın 16-da “Landmark”da təşkil ediləcək fotosərgilərin açılışında sahiblərinə təqdim olunacaq.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Ədalət Vəliyev fotosərginin əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, dünyada baş verən texnoloji yeniliklər foto sənətinin daha da inkişaf etməsinə və kütləvi hal almasına zəmin yaradıb.

Nazir müavini vurğuladı ki, ölkəmizdə də foto sənəti inkişaf edib və son illər bu sahəyə maraq daha da artmaqdadır: “İnanıram ki, foto sənəti paytaxtımızın, ümumən ölkəmizin gözəlliklərinin, tarixi irsinin təbliğ edilməsinə və tanıdılmasına öz töhfəsini verəcək. Müsabiqədə qalib olan hər kəsi təbrik edir, yaradıcılıq uğurları arzulayıram”.

Sonra qonaqlar sərgi ilə tanış oldular.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib