Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2370

Azərbaycan kinosu günündə ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olundu

Avqustun 2-si ölkəmizdə kino işçilərinin peşə bayramı - Azərbaycan kinosu günü kimi qeyd olunur. Bu münasibətilə Mədəniyyət Nazirliyinin rəsmiləri, görkəmli kino xadimləri Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Dahi rəhbərin məzarı önünə əklil qoyuldu, xatirəsi ehtiramla yad edildi.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olundu, abidəsi önünə tər çiçəklər düzüldü.

Qeyd edək ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətin inkişafına böyük qayğı göstərib. Onun təşəbbüsü ilə ayrı-ayrı dövrlərdə “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Ulu öndərin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən Azərbaycan kinosu yeni inkişaf yoluna qədəm qoyub. Məhz Heydər Əliyevin səyləri nəticəsində 70-ci illərdən başlayaraq Bakıda ümumittifaq kinofestivallarının, televiziya filmləri festivallarının keçirilməsi ənənəsi yaranıb.

80-ci illərin sonu və müstəqilliyimizin ilk illəri respublika həyatının, eləcə də mədəniyyətin digər sahələrində olduğu kimi, kino sənətində də çətin dövr oldu. Böyük öndərin hakimiyyətə gəlişi ilə mədəniyyətə, həmçinin kinoya diqqət artdı, bu sahəyə dövlət vəsaitinin ayrılması bərpa olundu. Sonrakı illərdə dövlətin dəstəyi ilə kinematoqrafiya dirçəlməyə başladı. Prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqust kino işçilərinin peşə bayramı – Azərbaycan kinosu günü elan edildi.  

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara diqqət və qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyevin 31 yanvar 2018-ci il tarixində imzaladığı sərəncama əsasən Azərbaycan kinosunun 120 illiyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Milli kinonun 120 illik yubileyi bir sıra kino xadimləri üçün ikiqat bayram kimi yadda qalacaq. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların və təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb