Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4104

Azərbaycan Milli İncəsənət Muzeyindən İsmayıllı, Qəbələ, Ağsu və Şamaxı Tarix-Diyarşünaslıq Muzeylərinə işgüzar səfər

Azərbaycan Milli İncəsənət Muzeyi öz 80 illik  fəaliyyət dövrü ərzində xalqımızın davamlı ziyarət ocağı, yaradıcı şəxslərin sənət məbədi, təhsil müəssisələrinin elmi-təcrübə bazası, muzeylər üçün isə örnək olmuşdur. Burada aparılan mühüm işlər ona dünya səviyyəli muzeylərin təcrübələri ilə müqayisə edilmək imkanı yaradır. Muzeylərdə qorunan eksponatların tarixi, texnikası, ekspozisiyanın tərtibatı, eksponatların elmi baxımdan xronoloji ardıcıllıqla təqdim edilməsi, yazılan annotasiya və etiketajların standartlara cavab verməsi, mühazirə və ekskursiyaların dinlənilməsi, muzeyin təbligatı və ən nəhayət, mədəniyyət fəaliyyətimizə dəstək ola biləcək sponsorların tapılması, donorlarla davamlı şəkildə işin aparılma  üsulları və s. muzeydə illər boyu sınaqdan çıxmış təcrübəyə əsaslanır. Qazanılan bilik və təcrübələrlə paylaşmaq, mənəvi baxımdan dəstək olmaq, həmkarlarımıza metodiki yardım etmək missiyasından irəli gələrək, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə muzey bu ildən regionlardakı bölgə muzeyləri ilə əhəmiyyətli layihənin həyata keçirilməsinə start verib. Niyyətimiz ilk olaraq, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov ilə əldə edilmiş razılaşmaya əsasən İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı Tarix-Diyarşünaslıq Müzeylərinin və M.Ə.Sabirin Ev Muzeyi (Şamaxı) və Ismayıl bəy Qutqaşınlının Xatirə Muzeyi əməkdaşları ilə görüşüb, onlarda maraq doğuran sualları cavablandırmaq, yuxarıda göstərilənlər ətrafında treninq keçirib muzeylərin ekspozisiyaları ilə tanış olmaq idi.  

İsmayıllı rayon Mədəniyyət Evində Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini X.V.Əsədova, Sərgi və tərtibat şöbəsinin müdiri A.T.Osmanov İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Azər Abbasov və məsləhətçi Kənan Rəhimovun iştirakı ilə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Lahıc Tarix-Diyarşünaslıq və M.Ə.Sabirin Ev Muzeyi və Qutqaşınlının Xatirə Muzeyi əməkdaşları və direktorları ilə treninq keçirmişdir. Treninqdə bölgədə olan muzeylərin direktor və əməkdaşlarına muzeyşünaslıq sahəsindəki mövcud yeniliklərdən bəhs edilib, yuxarıda qeyd edilən mövzularda tövsiyyələr verilmişdir. Verilən çoxlu sayda suallar cavablandırılmış, turistlərin cəlb edilməsi üçün hansı əməli işlərin daha faydalı olduğu, muzeylərimizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi  ilə bağlı mövzularda söhbətlər aparılmışdır.

Növbəti iki gün ərzində İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı Tarix-Diyarşünaslıq Müzeylərinin ekspozisiyaları ilə tanışlıq zamanı bələdçilərin dinlənilməsi, faktiki olaraq nümayiş edilən eksponatlar haqqında onlarda olan bilik səviyyəsi, nümayiş edilən əşyaların bölgədəki muzeylərin elmi konsepsiyasını nə dərəcədə əhatə etdiyi, əşyaların estetik baxımdan daha peşəkar nümayiş edilmə formaları, etiketlərin hazırlanması qaydaları və s. haqqında məsləhətlər verilmiş və gələcəkdə ümummilli mədəniyyətimizin təbliği və nüfuzunun daha da yüksəldilməsi naminə köməklik göstərilməsi təklif edilmişdir. Qeyd edilmişdir ki, təbliğat işində ən əsas misilsiz sərvətimiz olan maddi və mənəvi dəyərlərdəki milli özünəməxsusluğa, onun bədii mahiyyətinə diqqəti yönəltməkdir. Bu növ məsləhətlər, İsmayıllı, Qəbələ, Şamaxı, Ağsu  Tarix-Diyarşünaslıq Müzeylərinin rəhbərlərində  böyük maraq doğurmuş, gələcəkdə nəzərdə tutulan aspektlərdə həyata keçiriləcək iş birliyimiz rəğbətlə qarşılanmışdır.

İsmayıllı, Qəbələ, Şamaxı, Ağsu Tarix-Diyarşünaslıq Müzeylərində rast gəldiyimiz zəngin eksponatlar millətimizin tarixini, mədəniyyətini, incəsənətini özündə əks etdirir. Vahid ərazidə yaşayan, eyni soy-kökə, dilə, iqtisadi həyat birliyinə malik xalqın milli mənəviyyatının, milli özünəməxsusluğunun saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün Tarix-Diyarşünaslıq Müzeylərinin əhəmiyyəti böyükdür. Məhz bu səbəbdən də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən bu muzeylər təmirli və müasir avadanlıqlarla təchiz edilmiş binalarda yerləşir və qiymətli eksponatları mühafizə edirlər.

Azərbaycan Milli İncəsənət Muzeyi də öz növbəsində irəli sürdüyü bu əhəmiyyətli işdə aparıcı muzey olaraq, həmkarlarına öz kömək və yardımını əsirgəməyərək yaxından iştirak etməyə hər zaman hazırdır.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib