Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
519

Azərbaycan Milli Kitabxanası Sofiya şəhərində keçirilən Beynəlxalq Elmi Konfransda ölkəmizi təmsil edib

10-11 dekabr 2018-ci il tarixində Sofiya şəhərində Müqəddəs Kiril və Metodiy adına Bolqarıstan Milli Kitabxanasında kitabxananın yaranmasının 140 illik yubileyi münasibətilə “Könüllü ianə dəstəyi və ianə-baxış mədəniyyəti” adlı Beynəlxalq Elmi Konfrans keçirilib.

Tədbirdə tanınmış mədəniyyət xadimləri, həmçinin ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova,  Albaniya Respublikasının Bolqarıstandakı səfiri Donika Hoxha və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Əvvəlcə kitabxananın direktoru professor Krasimira Aleksandrova tədbiri açaraq bütün qonaqları salamlayıb. Latviya Milli Kitabxanasının icraçı direktoru Dzintra Mukane, Kitabxanaşünaslıq və İnformasiya Texnologiyaları Universitetinin professoru Aleksandra Kumanova və doktor Nikolay Vasilev, Bolqarıstan Dövlət Arxiv Agentliyinin sədri professor Mixail Qruev və agentliyin eksperti doktor Milena Todorakova, Ortodoks bloq “Dobrotolyubie”-nin baş redaktoru Angel Karadokov, Bosniya və Herseqovina Milli və Universitet Kitabxanasının direktoru İsmət Ovcina, Macarıstan Milli Kitabxanasının Beynəlxalq və mədəni əlaqələr şöbəsinin müdiri Peter Antalflay, kitabxananın arxivisti professor Milkana Boşnakova, Müqəddəs Kliment Orxidskiy Sofiya Universitetinin professor Aleksandr Dimçev, Varna “Penço Slaveykov” Regional Kitabxananın baş kitabxanaçısı Kristiana Dimçeva, Yunanıstan Milli Kitabxanasının baş direktoru doktor Filippos Tsimpoglou, Rumıniya Milli Kitabxanasının Marketinq və kommunikasiyalar şöbəsinin kitabxanaçısı Letitia Konstantin, Xüsusi kolleksiyalar şöbəsinin müdiri doktor Anca Andreescu, Ukrayna Boqdan Kmelnitski adına Dövlət Pedaqoji Universitetinin professoru Sergey Paçev və digərləri müxtəlif mövzularda maraqlı məruzə və təqdimatlarla çıxış edib, müzakirələr aparıblar.

Ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova təmsil edib. O, əvvəlcə Müqəddəs Kiril və Metodiy adına Bolqarıstan Milli Kitabxanasının rəhbərliyini və əməkdaşlarını kitabxananın yaranmasının 140 illik yubileyi münasibətilə təbrik edib.

Direktor müavini “Azərbaycan  Milli   Kitabxanası Azərbaycan  xalqının  milli  sərvətidir” adlı məruzə və təqdimat ilə çıxış edib, Azərbaycanın mədəniyyəti ilə bağlı nəfis tərtibatlı kitabı kitabxanaya hədiyyə edib.

Konfransın ikinci günü 2 bölmədə çıxışlar davam edib, Bolqarıstan Elmlər Akademiyasının Mərkəzi Kitabxanası, Tarix Elmləri İnstitutu, Etnologiya Muzeyi, Ruse “L.Karavelov” Regional Kitabxanası, Shumen “Stiliyam Çilingirov” Regional Kitabxanası,Plovdiv Regional Tarix Muzeyi və digər elmi müəssisələrin əməkdaşları muzeylərdə ianə kompaniyaları, hədiyyələr, bibliofillər, müasir mədəni filantropiya, donorların axtarılması, kitabxanaların fandrayzinq fəaliyyəti, kitabxanalar və biznes, könüllülük və xeyriyyəçilikdə təşəbbüslər, rəqəmsal ianələr, ianələr mədəni kolleksiyaların yaradılmasında vacib faktor kimi, kitab sərgilərində ianələrvə s. uyğun mövzularda məruzələr ediblər.

Ədibə İsmayılova həmçinin ölkəmizin Bolqarıstandakı Səfirliyində olaraq xanım səfir Nərgiz Qurbanova ilə görüşüb, iki ölkənin milli kitabxanaları arasındakı mədəni əlaqələrdən və gələcək işlərdən danışıblar. Direktor müavini səfirimizə mədəniyyətimiz ilə bağlı kitablar hədiyyə edib.

XƏBƏRLƏR

19.07.2019 16:10
Qubada keçiriləcək mətbəx festivalına azsaylı günlər qalıb
19.07.2019 16:10
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19.07.2019 15:11
“Sumqayıt Tələbələri” Ictimai Birliyi yeni layihəyə start verdi
19.07.2019 13:17
Əməkdar incəsənət xadimi Kəmalə Ağa qızı Ağayeva vəfat edib
18.07.2019 14:48
Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
18.07.2019 12:42
“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub
18.07.2019 10:43
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 10:35
“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir