Azərbaycan Milli Kitabxanasında “Şöhrət” ordenli Kamran Hüseynovun 105 illiyinə həsr olunmuş sərgi keçirilmişdir
1330
14.12.2018
14.12.2018 03:44
Dekabrın 14-də Azərbaycan Milli Kitabxanasında respublikada dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, uzun illər ərzində təqdirəlayiq xidmətləri ilə ölkənin ictimai-siyasi həyatına layiqli töhfələr vermiş, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, “Şöhrət” ordenli Kamran Əsəd oğlu Hüseynovun anadan olmasının 105 illiyi münasibətilə “Kamran Hüseynov-105” adlı sərgi açılmışdır.
Sərgidə Kamran Hüseynovun Azərbaycan və rus dillərində nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar, qəzet və jurnal materialları nümayiş olunmuşdur.Sərgi bir həftə davam edəcək.