Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1663

Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun geniş ictimaiyyət üçün açılışı və “Museum.az” saytının təqdimat mərasimi keçiriləcək

18 may – Beynəlxalq Muzeylər Gününə həsr edilmiş “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında ölkəmizdə silsilə tədbirlər keçirilir.

Bu silsilədə 17 May 2019-cu il tarixində saat 12.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi, 9 ünvanında yerləşən, təmirdən çıxmış yeni korpusunun geniş ictimaiyyyət üçün açılış mərasimi keçiriləcəkdir. Xatırladaq ki, 18 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva  Azərbaycan Milli İncəsənət Muzeyinin, Niyazi, 9 ünvanında yerləşən korpusunda aparılmış təmir, bərpa və bədii tərtibat işləri və eksponatlarla yaxından tanış olmuşlar.

Muzey son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz edilmiş ekspozisiyaya malikdir. Burada xüsusi bərpa laboratoriyası mövcuddur, ən müasir mühafizə sistemləri ilə təmin edilib, daxili bağçası tamaşaçıların istirahəti üçün çox əlverişlidir. Muzey silsiləvi şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarət ərazini tutur. Hazırda muzeyin ekspozisiyasında  Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini dolğun şəkildə əks etdirən Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin çeşidli örnəklərini görmək mümkündür. Ekspozisiya iki mərtəbədən ibarətdir. Birinci mərtəbə - Qədim dünya incəsənəti, İran-Türk, Çin, Rus (avanqard) və Zərifə xanım Əliyevaya həsr edilmiş “Xatirə zalı”, İtaliya, Flamand, Holland incəsənətinə həsr edilib. Eyni za­manda I mərtəbənin dəhliz hissələrində - Fransa-Almaniya qrafika nümunələri, digərində - İran və Hindistan miniatür və heykəltəraşlıq əsərləri nümayiş edilir.

Ekspozisiyanın ikinci mərtəbəsi - İtaliya, “İslam incəsənəti”, Alman, Fransa rəngkarlığı və Rusiya incəsənətinə həsr edilib. Ekspozisiyada eyni zamanda metal, çini, xalça və bədii tikmə nümunələri nümayiş edilir. Ən qədim eksponatlar antik dövrdən başlayaraq - XX əsrin sonlarına qədərki dövrü əhatə edir.

Eyni zamanda 17 may tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış  və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimat mərasimi keçiriləcəkdir.

Saytın sadə, eyni zamanda zövqlə hazırlanmış dizaynı istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün layihələndirilmişdir. 

İstifadəçilərin rahatlığı üçün gələcəkdə müasir veb tendensiyalar da nəzərə alınaraq, saytın mobil versiyası və tətbiqetmələrinin də hazırlanması nəzərdə tutulmuşdur.



 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb