Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
1832
12.12.2018
12.12.2018 12:36
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində
Azərbaycan xalqının ümumilli lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Milli mədəniyyətimizin himayədarı” mövzusunda çıxış etmişdir.
Bakı Musiqi Akademiyasının professoru, Azərbaycanın Xalq artisti Ülviyyə Hacıbəyova çıxış edərək görkəmli şəxsiyyət olan Heydər Əliyevin Azərbaycan incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, onlara bəxş etdiyi ruh yüksəkliyindən danışmış, ümumilli liderin xatirəsinə ithaf etdiyi musiqi proqramı ilə cıxış etmişdir. Tədbir “Heydər Əliyev-Azərbaycan mədəniyyətinin hamisi” sənədli filminin nümayişi ilə davam etmişdir.