Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3347

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə Türkiyədən musiqi alətləri hədiyyə olundu

Martın 15-də Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş Türkiyənin musiqi alətlərinin təqdimat mərasimi keçirildi.
Mərasimdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova mədəniyyət ocağının fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, hazırda muzeydə 60 min eksponat qorunur. Türkiyə ilə yanaşı bir neçə ölkədən də muzeyə hədiyyə olunmuş eksponatlar yer alır.
Direktor qeyd etdi ki, Türkiyə Cümhuriyyəti Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının rəhbəri Selcuk Akat tərəfindən musiqi alətləri ustası Feridun Obul tərəfindən hazırlanan cura, tütək, Qara dəniz kamançası, Qabaq kamanı kırbız, qoşanağara, lavta, nefir, zurna, ney, sipsi və cümbüş (iki ədəd) – ümumilikdə 12 türk musiqi aləti təqdim muzeyə hədiyyə olunub. Bu musiqi alətlərinin muzeyin ekspozisiyasını daha da zənginləşdirdiyini deyən A.Bayramova dəyərli hədiyyələrə görə öz minnətdarlığını ifadə etdi.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın muzey şəbəkəsində xüsusi yer tutan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ölkəmizin musiqi dünyası haqqında əyani təsəvvür yaratdığını bildirdi.
Bu gün Azərbaycan mədəniyyətinin inkişaf dövrünü yaşadığını qeyd edən nazir martın 1-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşünün ictimaiyyət tərəfindən olduqca maraqla qarşılandığını dedi: “Həmin görüşdə Azərbaycanda musiqi alətləri kolleksiyasının yaradılması təklifi irəli sürüldü. Bugünkü tədbir də bu baxımdan çox əhəmiyyətlidir”.
Azərbaycan musiqisinin zənginliyindən danışan nazir vurğuladı ki, muğam, tar, kamança və aşıq sənətimiz UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alaraq bəşəri status qazanıb.
Əbülfəs Qarayev iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirdi: “Türkiyə və Azərbaycan qardaş ölkələr olaraq mədəniyyət sahəsində də uğurla əməkdaşlıq edirlər. Qarşılıqlı mədəni tədbirlər, təqdimatlar keçirilir. Qeyd etmək istəyirəm ki, bu yaxınlarda Ankara və İstanbul şəhərlərində Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyini geniş şəkildə qeyd etdik. Bir neçə gün öncə Türkiyənin ölkəmizdəki səfirliyində Novruz bayramına həsr olunmuş gözəl bir tədbir keçirildi. Bütün bunlar mədəniyyət sahəsində münasibətlərimiz haqqında aydın təsəvvür yaradır”.
Nazir sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş musiqi alətlərinə görə qardaş ölkənin səfirliyinə, Türkiyə Cümhuriyyətinin Xarici İqtisadi Əlaqələr Qurumuna öz minnətdarlığını bildirdi.
Mərasimdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının ayrılmaz hissələri olan Türkiyə və Azərbaycan arasında dostluq əlaqələrindən və əməkdaşlıqdan söz açdı. Vurğuladı ki, bugünkü tədbir türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının daha bir təzahürüdür.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən bəhs edən G.Əfəndiyeva bildirdi ki, qurumun başlıca məqsədlərindən biri türk dünyasının mədəni irsinin, o cümlədən musiqisinin qorunub saxlanılması və dünyada təbliğidir. O, türkdilli ölkələrin mədəni irsinin daha dərindən öyrənilməsi və geniş auditoriyaya çatdırılması məqsədilə Fondun himayəsi altında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində “Türk Dünyasının Musiqi Alətləri Mərkəzi”nin yaradılmasını təklif etdi.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxışında iki ölkəni qardaşlıq əlaqələri ilə yanaşı, güclü mədəniyyət bağlılıqlarının da olduğunu dedi. Qeyd etdi ki, bu kontekstdə musiqi sahəsinin məxsusi yeri var. Hər iki ölkənin zəngin musiqi ənənələrinin olduğunu qeyd edən səfir bu sahədə əlaqələrin daha da inkişafının diqqətdə saxlanılmasının əhəmiyyətli olduğunu vurğuladı.
Türkiyə Cümhuriyyətinin Xarici İqtisadi Əlaqələr Qurumunun Türkiyə- Azərbaycan İşgüzar Şurasının rəhbəri Selcuk Akat çıxış edərək tədbirin əhəmiyyətindən söz açdı. Qeyd olundu ki, bu cür təqdimatların keçirilməsi mədəniyyət sahəsində əlaqələrin daha da inkişafına xidmət edir.
Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında konsert proqramı ilə davam etdi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb