Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1393

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi keçiriləcəkdir

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Aşıq İsfəndiyar Rüstəmovun cari ildə 80 yaşı tamam olur.

Azərbaycan aşıq sənətinin inkişafı və təbliğində mühüm xidmətləri olan “Əməkdar mədəniyyət işçisi” İsfəndiyar Ədil oğlu Rüstəmov (Aşıq İsfəndiyar) 1937-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur.

Ömrünün 60 ilini aşıq yaradıcılığının inkişafına, təbliğinə, bu sənətin gənc nəslə aşılanmasına həsr etmiş İ.Rüstəmov 1964-cü ildə Gədəbəydə ilk aşıq ansamblını yaratmış, respublikada və xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə iştirak etmişdir.

İ.Rüstəmov Moskvada “Göyqurşağı” festivalı, “Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri” sərgisinin açılış mərasimi, “Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü”, Dərbənddə “Narınqala” aşıq musiqisi festivalında, Türkiyə, İran və digər ölkələrdə keçirilən mədəni tədbirlərdə respublikamızı müvəffəqiyyətlə təmsil etmişdir.

Azərbaycan Aşıqlar Birliyinin İdarə heyətinin üzvü olan, aşıq sənətinin inkişafı istiqamətində bu gün də yorulmadan çalışan İ.Rüstəmov eyni zamanda birliyin Gədəbəy rayon şöbəsinə rəhbərlik edir.

Cari ilin 24 oktyabr tarixində Azərbaycan Dövlət Filarmoniyasında Aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi keçiriləcəkdir. Tədbirdə respublikamızın mədəniyyət nümayəndələri, tanınmış aşıqlar çıxış edəcəkdir. 

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!