Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Biləsuvar şəhərində vətəndaşları qəbul edəcək
1945
13.10.2017
13.10.2017 03:25
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 201
7-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin oktyabr ayının 20-də saat 11ºº-da Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (Mübariz İbrahimov küçəsi, 213) Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra №-si |
Şəhər (rayon) |
əlaqələndirici şəxs |
əlaqə telefonu |
1. |
Biləsuvar |
Rəfiqə Cəfərova |
(0-2529)5-00-37 (050) 382-58-95 |
2. |
Salyan |
Günaydın Əhədova |
(0-2125)5-52-41 (050) 442-11-88 |
3. |
Neftçala |
Elmira Kazımova |
(0-2126) 3-32-77 (050) 467-34-69 |
4. |
Cəbrayıl |
Kamran Quliyev |
(0-2638) 4-10-00 (050) 873-70-07 |