Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2282

Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazasının və Azərbaycan Dövlət Rəsm Qalereyasının veb-saytının (www.azgallery.az) təqdimatı keçiriləcəkdir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2017-ci il oktyabr ayının 27-də saat 11:30-da Muzey Mərkəzində Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazasının və qalereyanın veb-saytının (www.azgallery.az) təqdimatı keçiriləcəkdir.

Çağdaş zamanımızda doğma dildə Azərbaycan incəsənəti və təsviri sənəti haqqında mərkəzləşdirilmiş elekton vəsaitə olan tələbat və ehtiyac danılmazdır. Bunu nəzərə alaraq Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazası qloballaşma dövrünün virtual məkanında milli təsviri sənət irsinin qorunması və təbliği məqsədi ilə yaradılmışdır. Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşları tərəfindən  yaradılan Azərbaycan dilində ilk e-resurs Azərbaycan təsviri sənət nümayəndələrinin bioqrafiya və sənət əsərlərinin bir mərkəzdə toplanması, istifadəsinin əlverişli olması, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasını təmin edir. 

Azərbaycan Dövlət Rəsm Qalereryasının ey adlı veb-saytının (www.azgallery.az) yaradılması ölkəmizdə bu sahədə baş verən mədəni hadisələri işıqlandırmaqla yanaşı, sənətsevərləri qalereyanın fəaliyyəti ilə də yaxından tanış etməyə imkan yaradacaq. 

Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Rəsm Qalereyası 1960-cı ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında 1972-ci ildə Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən  yaradılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına son illərdə fonda yüksək bədii keyfiyyətə malik müasir təsviri və dekorativ sənət nümunələri toplanmışdır. Qalereya tərəfindən mütəmadi olaraq müxtəlif müəssisə və təşkilatlarda, regionlarda fəaliyyət göstərən dövlət rəsm qalereyalarında təşkil olunur. Regionlarda təsviri sənətə marağı artırmaq və yeni istedadları aşkar etmək məqsədilə rəssamların yaradıcılıq emalatxanaları, ustad dərsləri və gənc rəssamların səyyar sərgiləri təşkil edilir. Qalereyanın elmi işçiləri tərəfindən sərgilərin, müsabiqələrin tədqiqatı, rəsm əsərlərinin elmi araşdırılmaları və rəssamlar barədə məlumatların toplanması işi həyata keçirilir. Qalereya Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasında milli incəsənətin zəngin ənənələrinə əsaslanan mədəni-estetik formaların axtarışı və formalaşdırılmasını həyata keçirir. Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda keçirilən sərgilərin böyük əksəriyyəti əsasən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən təşkil olunur. Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10000-dən artıq nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb