Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1278

“Azərbaycan səni daim yaşadacaq” - Ulu Öndərin xatirəsinə həsr edilmiş növbəti tədbir belə adlanır

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Yasamal rayon 21 nömrəli orta məktəbin şagird və müəllim kollektivi ilə birlikdə rayondakı Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.

“Azərbaycan səni daim yaşadacaq” adlı tədbirdə çıxış edən Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Azər Zeynalzadə Ulu Öndərin anım gününə həsr olunmuş tədbirlərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Mərkəzdə müxtəlif təhsil müəssisələri, dövlət və hökumət təşkilatları silsilə tədbirlər keçirir. Yarandığı ilk gündən rayonun ictimai-siyasi həyatında fəal rolu ilə seçilən Mərkəzin əsas məqsəd və vəzifəsi müstəqil Azərbaycanımızın qurucusu olan Heydər Əliyevin siyasi irsini öyrənmək, araşdırmaq, gələcək nəsillərə aşılamaqla dövlətçilik ənənələrini yaşatmaqdır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva ümummilli lider Heydər Əliyevin həyatı, doğma Azərbaycan naminə fəaliyyəti haqqında geniş məlumat verib. Natiq bu böyük şəxsiyyətin müxtəlif məsul vəzifələrdə çalışdığı zamanlar həmişə xalqını düşünməsini, bütün həyatını məhz dövlətçiliyimizin inkişafına həsr etdiyini qeyd edib.

21 nömrəli məktəbin uşaq birliyinin rəhbəri Pərvanə Əliyeva Ulu Öndərin nəsillərə nümunə olan layiqli həyat yolunun dəqiq faktlarla şagirdlərə öyrədilməsi və onların bu ruhda tərbiyə olunmasından danışıb.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı Fəridə Cəfərova Heydər Əliyev dühasının əzəmətindən, təhsilə xüsusi önəm verməsindən, yüzlərlə gəncin Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda ali təhsil almasına kömək etməsindən bəhs edib.

Tədbirdə məktəblilər Ulu Öndərə həsr edilmiş şeirlər səsləndiriblər.

Sonra qonaqlar kitabxanada açılmış “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı kitab sərgisinə baxıblar.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb