17 oktyabr 2018- ci il tarixində Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpa edilməsinin 27–ci ildönümü münasibəti ilə “Paralel” adlı tədbir – sərgi keçirildi.
Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının fəaliyyətini və inkişafını özündə əks etdirən 40 – dan çox fotoşəkil nümayiş etdirilir.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova və Tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Mənbəşünaslıq tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərli çıxış etmişdir.
Təhsil Nazirliyinin Gənclərin Respublika bədii yaradıcılıq evinin tələbələrinin hazırladığı bədii hissə nümayiş etdirildi.