Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
6081

“Azərbaycan Teatr Ensiklopediyası”nın təqdimat mərasimi keçirildi

Dekabrın 26-da Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə nəşr olunmuş “Azərbaycan Teatr Ensiklopediyası”nın təqdimat mərasimi keçirildi.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ensiklopediyanın yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirdi. Bildirdi ki, gələn il 145 yaşını qeyd edəcək Azərbaycan peşəkar teatrı zəngin inkişaf yolu keçib. Milli xalq oyunları, meydan tamaşalarından başlanan sənəti XIX əsrin sonu – XX əsrin əvvəllərində böyük ziyalı nəsillər teatr ənənəsinə çevirərək Azərbaycan professional teatr tarixini yaratmışlar. Hər bir xalqın mənəviyyatının özəyini təşkil edən amillərdən biri də teatrdır. Teatrı olan xalq mütərəqqi ideyaları ortalığa qoymaq ixtiyarındadır. Bunu bacaran xalq isə öz mənəvi inkişafına təmin etməyə qadir xalqdır. 1873-cü ildə M. F.Axundzadənin əsərləri ilə özülü qoyulan Azərbaycan peşəkar teatrı yaxın Şərq mədəniyyətinə də təsirsiz ötüşməyib. Son dövrlərdə isə teatr intibah dövrünü yaşayıb.

Vurğulandı ki, ulu öndər Heydər Əliyevin teatra xüsusi diqqəti, tamaşalara gəlməsi, teatr xadimlərinə qayğısı hər zaman mədəniyyət xadimləri tərəfindən hiss olunub. Bu ənənə ölkə başçısı İlham Əliyev tərəfindən bu gün davam etdirilməkdədir. Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilən "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı bu sənət sahəsinin inkişafına əlavə təkan verdi. Ötən müddətdə proqramın icrası ilə bağlı mühüm işlər görülüb, o cümlədən teatrlarımızın siması, maddi-texniki imkanları yenilənib.

Nazir bildirdi ki, təqdim edilən ensiklopediya fundamental bir tədqiqatın nəticəsidir. Əbülfəs Qarayev teatr tariximizdə bir  hadisə kimi dəyərləndirdiyi kitabın yaradıcı kollektivini təbrik edərək onun gələcək nəsillər üçün dəyərli töhfə olduğunu vurğuladı.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ensiklopediyanı Azərbaycan mədəniyyəti tarixində dəyərli bir əsər kimi qiymətləndirdi. Akademik teatr tarixində bu günə kimi nəşr edilən əsərlərdən söz açdı. Qeyd etdi ki, kitabda məlumatlara tarixi aspektdən ciddi yanaşılıb və o, bundan sonrakı teatr nəsli üçün böyük bir hədiyyədir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxışı zamanı bildirdi ki, nəşr edilən ensiklopediya gələn il 145 yaşını qeyd edəcək Azərbaycan peşəkar teatrı üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ən layiqli hədiyyədir. Qeyd etdi ki, Azərbaycan teatrı qüdrətli əllərin gücü ilə irəliləyərək bugünkü səviyyəsinə gəlib çatıb. H.Ərəblinski, A.M.Şərifzadə kimi şəxsiyyətlərin sayəsində teatr öz parlaq səhifəsini yaşamağa başlayıb: “Teatr tarixindən yazılan kitablardan söz açarkən mərhum teatrşünas, publisist Qulam Məmmədlinin adını dərin hörmətlə yad etməliyik. Teatr tarixinin araşdırılmasında görülən hər bir iş təqdirəlayiqdir. İlham Rəhimlinin hazırladığı 3 cildlik ensiklopediyada teatr mənzərəsinin tam aydın görə bilirik”. R.Hüseynov ensiklopediyanın teatr tariximiz üçün yeni bir səhifə və salnamə olduğunu bildirdi.

Millət vəkili, akademik Nizami Cəfərov ensiklopediyanı müstəqillik dövrünün prinsiplərinə uyğun bir əsər adlandırdı. Yaradıcı heyəti təbrik edən akademik kitabda teatr tarixinin bütün məqamlarına işıq salındığını və nəşrin gənc nəsil üçün dəyərli bir məlumat mənbəyi olduğunu dedi.

Xalq artisti Fərhad Bədəlbəyli, millət vəkili Aqil Abbas, teatrşünas professorlar Aydın Talıbzadə, Məryəm Əlizadə müəllifi təbrik edərək kitabın Azərbaycan teatr panoramını tamamlayan sanballı əsər kimi dəyərləndirdilər.

Müəllif İlham Rəhimli 3 cildlik kitabın ərsəyə gəlməsində göstərdiyi köməkliyə görə Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Teatr Muzeyinə, paytaxt teatrlarının rəhbərlərinə təşəkkürünü bildirdi. Vurğuladı ki, yeni nəşr "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən çap edilib.

Sonda nazir Əbülfəs Qarayev tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək ensiklopediyanın elektron variantının rus və ingilis dilində Milli Kitabxana tərəfindən elektron kataloqa daxil edilməsi ilə bağlı göstəriş verdi.

Qeyd edək ki, müəllifi professor İlham Rəhimli olan “Azərbaycan Teatr Ensiklopediyası”nın layihə rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, layihə koordinatoru nazir müavini Ədalət Vəliyevdir. Rəyçilər professorlar Kamal Abdulla, Nizami Cəfərov, Azər Paşa Nemətov, Rafiq Sadıqovdur. Ensiklopediyanın redaksiya heyətinin üzvləri professorlar Timuçin Əfəndiyev, Fərəh Əliyeva, İlham Rəhimli, Məryəm Əlizadə, İsrafil İsrafilov və Aydın Talıbzadədir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb