Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
364

Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin genişləndirilməsi daim diqqət mərkəzindədir

Cari ilin 10 avqust tarixində Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə Türkiyənin Mehmanxana Menecerləri Assosiasiyasının prezidenti Ali Can Aksunun başçılıq etdiyi nümayəndə heyəti, eləcə də Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin idarə heyətinin sədri Ali İhsan Genç, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Dr. İrfan Çifçi arasında görüş keçirildi.

Məhsuldar keçən görüşdə Türkiyə və Azərbaycan arasındakı turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, qardaş Türkiyənin turizm sahəsində əldə etdiyi zəngin təcrübəsinin bölüşməsi mövzuları yer aldı. Nazir müavini Azərbaycan Azərbaycanda turizmin mövcud inkişaf perspektivləri barədə məlumat verdi. Türkiyənin Mehmanxana Menecerləri Assosasiyasının prezidenti Ali Can Aksu fəaliyyətləri haqqında bilgi verdi, qonaqpərvərlik biznesi sahəsində əldə etdikləri təcrübənin Azərbaycan turizm sahəsində çalışan iş adamları ilə bölüşməyə hər zaman hazır olduğunu bildirdi. Mehmanxana biznesinin Azərbaycanda inkişaf perspektivləri, qonaqpərvərlik sahəsində təlimlərin keçirilməsi, mehmanxana menecerlərinin təcrübə mübadiləsinə cəlb olunması və qonaqpərvərlik sahəsinə investisiyanın eləcə də 2-3 ulduzlu mehmanxana brendlərinin Azərbaycana cəlb olunması istiqamətində fikir mübadiləsi aparıldı.

Görüşün nəticəsində Mədəniyyət və Turizm Nazirliyi  və Assosiasiya arasındakı birgə fəaliyyət planının hazırlanmasına dair razılıq əldə olundu.

XƏBƏRLƏR

22.09.2017 17:01
“Yarımçıq xatirələr” filmi Penitensiar Xidmətin Mühafizə Alayında nümayiş olundu
22.09.2017 16:57
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun 10-cu görüşü keçirilmişdir
22.09.2017 16:51
ATMU-da təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib
22.09.2017 16:00
“Molla Nəsrəddinin beş arvadı” Musiqili Teatrda
22.09.2017 15:09
“Xəzər” Universitetində Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli alim, musiqişünas, ictimai xadim” mövzusunda konsert-konfrans keçirilib
22.09.2017 12:12
Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaşlarla görüşüb
22.09.2017 11:51
Musiqili Teatrda Bərdia Kiyarəsin məşqləri
22.09.2017 11:37
“Azərbaycan–Rusiya: dostluq qanadlarında” adlı festivalın qalibləri ilə görüş keçirilib
21.09.2017 17:22
Mingəçevir Dövlət Dram Teatrında Milli Teatrın 144-cü il dönümü münasibəti ilə yeni mövsümün açılış mərasimi olmuşdur
21.09.2017 15:18
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində müşavirə keçirilmişdir
21.09.2017 14:51
Novosibirsk Filarmonik Kamera Orkestrinin (Rusiya) kollektivi Sumqayıt şəhərində qonaq olub
21.09.2017 11:59
Lənkəranda yeni teatr mövsümü başlayıb
21.09.2017 11:36
Qaxda 46-cı teatr mövsümünün açılışı
21.09.2017 11:24
Azərbaycanın Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisi keçiriləcək
20.09.2017 17:37
Bakıda Novosibirsk Filarmonik Kamera Orkestrinin konserti olub
20.09.2017 14:06
Muğam Mərkəzində kamera musiqisi axşamı -“İki qəlbin dastanı”
20.09.2017 12:56
“Müasir dövrdə Üzeyir Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçirildi
20.09.2017 11:51
Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində kino mövsümünə start verilib
19.09.2017 17:17
Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanda Kino mövsümünün açılışı gününə həsr olumuş tədbir keçirilmişdir
19.09.2017 16:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Beynəlxalq diploma layiq görüldü
19.09.2017 14:49
V Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası çərçivəsində çoxsaylı tədbirlər keçiriləcək
19.09.2017 12:25
Ağdamda kino mövsümünün açılışı ilə bağlı müşavirə keçirilib
19.09.2017 12:18
“Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsinin qalibləri olan Özbək gənclər Azərbaycanda səfərdədir
19.09.2017 12:07
ATMU-da “İslam Həmrəyliyi ili”nə həsr edilmiş tədbir keçirilmişdir