Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4345

Azərbaycan Xalça Muzeyində “Beynəlxalq Sülh Günü” qeyd olunub

Hər il ölkəmizdə “Beynəlxalq Sülh Günü”  münasibətilə ənənəvi olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və kütləvi maarifləndirmə tədbirləri təşkil olunur. Bu məqsədlə Azərbaycan Xalça Muzeyinin və YAP Səbail rayon şöbəsinin birgə təşəbbüsü ilə konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd “21 sentyabr – Beynəlxalq Sülh günü” barədə gənc nəslin maarifləndirilməsindən ibarət idi.

Tədbirdə YAP Səbail rayon Şöbəsi Aparatının rəhbəri Zəfər Bayramov BMT tərəfindən “21 sentyabr – Beynəlxalq Sülh günü”nün təsis edilməsi barədə məlumat verib və bu günün əhəmiyyətindən danışıb.

Azərbaycan Xalça Muzeyinin Şuşa filialının müdiri Əlisəfa Nuriyev çıxış edərək, “Sülh aylığı” çərçivəsində milli mədəniyyətimizin  dünyada sülhə töhfəsindən söz açıb. Ə.Nuriyev istər ölkəmiz, istərsə də dünya ölkələri və xalqları üçün sülhün olduqca əhəmiyyətli olduğunu qeyd edib. Çıxış zamanı müxtəlif ölkələrin ictimai-siyasi xadimlərinin portretləri əks olunmuş xalçaların foto təsvirləri nümayiş etdirilib.

Konfransın sonunda tədbir iştirakçıları Azərbaycan Xalça Muzeyinin foyesində Uşaq Muzeyi şöbəsinin təşkil etdiyi “Dünyaya sülh” mövzusunda uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Dövlət Televiziya və Radiosu Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xorunun ifası təqdim olunub.

Tədbirin sonunda Azərbaycan Xalça Muzeyinin qarşısında sülhün simvolu olan ağ göyərçinlər və rəngli şarlar uşaqlar tərəfindən səmaya uçurulub.

 

XƏBƏRLƏR

07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir