Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1545

Azərbaycan Xalça Muzeyində “İlmələnmiş zaman” sərgisi açıldı

Aprelin 18-də Azərbaycan Xalça Muzeyində “Reinkarnasiya” layihəsi çərçivəsində Xalça Muzeyinin dəstəyi ilə “İlmələnmiş zaman” adlı sərginin açılışı oldu. Məqsəd Azərbaycan xalçalarına müasir baxış, xalça elementlərinin forma görüntüləri və ümumiyyətlə, xalçanın rəssam təxəyyülündə inikasını nümayiş etdirməkdir. Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elşən Sərxanoğlu və Eldar Babazadənin əsərlərinin nümayiş olunduğu bu sərgidə instalyasiya, rəngkarlıq və qrafika əsərləri nümayiş olunur. Müəlliflər tərəfindən Xalça Muzeyinin kolleksiyasından öz yaradıcı əsərlərində istifadə olunan əsas motivlərlə bəzədilmiş 19 əsrin sonuna aid Quba-Şirvan tipinə məxsus xalçalar nümayiş olunur və həmin ideyanı daha nümunəvi şəkildə göstərir.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Şirin Məlikova bildirdi ki, Xalça Muzeyində bu cür sərgilər və layihələr mütəmadi keçirilir. “Keçən ildən muzeyin ekspozisiyasına konseptual rəssamların əsərləri integrasiya olunub və çox gözəl nəticə əldə olunub: Haqverdiyev, Fərid Rəsulov, Faiq Əhməd, Çingiz Babayev kimi tanınmiş rəssamların Azərbaycan xalçaçılıq ənənələrinə söykənən əsərləri hər zaman tamaşaçıların diqqətini cəlb edir. Bu da muzeyin daimi inkişafı, yeni auditoriyanın cəlb edilməsi məsələlərini özündə ehtiva edir” – deyə, o, vurğuladı.

Bu layihənin çox gözəl təşəbüs olduğunu deyən Şirin Məlikova layihənin davam edəcəyinə inamını ifadə etdi. O, qeyd etdi ki, belə layihələr zamanı rəssamlar muzeylərlə sıx əlaqə qurur, kolleksiyalara yeni maraq oyadır, daha geniş auditoriyanı muzeylərə cəlb edirlər.

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Ziyadxan Əliyev və Azərbaycan Rəssamlar İttifaqının və  Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Elşən Sərxanoğlu layihə haqqında danışaraq, sərginin təşkilinə görə Xalça Muzeyinin rəhbərliyinə minnətdarlıq ifadə etdilər.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, 2015-ci ildə bir qrup rəssam tərəfindən yaradılmış “Reinkarnasiya” layihəsinin məqsədi ətraf aləmdə baş verən hadisələrə yaradıcı münasibət, fərdi yanaşma və fəlsəfi düşüncə tərzini nümayiş etdirməkdir.

Sərgi 28 aprel tarixinədək davam edəcək.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib