Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1256

Azərbaycan Xalça Muzeyinin yaranmasının 50 illiyi çərçivəsində dəyirmi masa və sərgi keçiriləcək

           Azərbaycan Xalça Muzeyi bu il 50 illiyini qeyd edir. Yarandığı dövrdə dünyada ilk xalça muzeyi olan sənət ocağımız bu gün dünyanın ən zəngin xalça və xalça məmulatları kolleksiyasının toplandığı ölkəmizin ən böyük muzeylərindən biridir. Azərbaycan Xalça Muzeyinin yaranmasının 50 illiyi çərçivəsində Azərbaycanın görkəmli xalça rəssamı və tədqiqatçısı Lətif Kərimovun anadan olmasının ildönümü, “Xəzinənin yeni inciləri” sərgisi  və “Muzeylərdə tekstil kolleksiyaları” adlı dəyirmi masa keçirilir.

Burada son iki ildə - yəni muzey kolleksiyalarının toplanması üçün yeni strategiyanın həyata keçirildiyi vaxtdan etibarən, muzeyin fonduna yeni daxil olan ən dəyərli eksponatlar ictimaiyyətə təqdim ediləcək. Sərginin açılışı 16 noyabr saat 18:00-da keçiriləcək və sərgi muzeyin ikinci və üçüncü mərtəbələrində nümayiş olunacaq.

Azərbaycan Xalça Muzeyi son iki il ərzində xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, arxeoloji qazıntılar zamanı tapılan əşyaların daxil olduğu 44 eksponat əldə etmişdir (satın alınmış və ya hədiyyə olaraq qəbul edilmiş).

Sərgidə bu siyahıdan olan 7 dəyərli eksponat təqdim olunub. Onların arasında - incə tərtibatı ilə seçilən zinət əşyaları, nadir milli geyim nümunələri və XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Şirvanda toxunulmuş böyük dəyərə malik "Şamaxı" xalçası da vardır.

"Şamaxı" xalçası hal-hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatlar siyahısındadır. Tarixi və bədii dəyəri ilə yanaşı, "Şamaxı" xalçası Azərbaycan Xalça Muzeyinin tarixində  xarici hərracda əldə olunan ilk eksponat olması ilə maraqlıdır. Xalça 2017-ci ildə Avstriya auksion şirkətindən (AUSTRIA AUCTION COMPANY) əldə edilmişdir.

Bu xalça öz texniki xüsusiyyətləri, ornamenti, rəng və digər amilləri ilə unikaldır. Onun sıxlığı - kvadrat desimetr üçün 44 x 46 ilmə. Arğac və əriş ipləri - ipək, xovu yun, ölçüsü -195 x 430 sm. Xalça  "Bəndi-Rumi" və "Xanalı" kompozisiyası əsasında toxunmuş, koloriti isə göy, şəkəri, tünd qırmızı, yaşıl, mavi, qəhvəyi, qara və xardal kimi rəng çalarlarından ibarətdir.

Yarpaq, palmetta və  "islimi" ornamentlərindən ibarət olan xalçanın kompozisiyası Səfəvilər dövrünün saray xalçalarının ruhunu və Şirvan xalça qrupunun həndəsiləşmiş ornamentlərini əks etdirir.

XVII əsrə aid edilən bu növ xalçalar, bir qayda olaraq, fraqment şəklində zamanımıza qədər gəlib çatmışdır. Dünyada onlardan çox azdır və əsasən böyük muzey və şəxsi  kolleksiyalarda saxlanılır. Belə ki, bütünlüklə qorunub saxlanılan bu xalça böyük bir tapıntıdır. O, köhnə sahiblərinin dəyər verdiyini təsdiq edən çoxsaylı bərpa izlərini daşıyır.

Bu xalçanın alınması və vətənə qaytarılması Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük əhəmiyyət kəsb edir. Uzun illər qürbətdə olan və nəhayət, vətəninə qayıdan bu xalça  muzey kolleksiyasının əhəmiyyətli bir hissəsinə çevrilir.

Digər maraqlı bir eksponat toy qabağı keçirilən "xınayaxdı" mərasimində istifadə olunan bir cüt əlçəkdir (Qarabağ, XIX əsr). Onlar məxmərdən tikilib və güləbətin, saçaq, çaxma qızıl piləklərlə (zərənduz) bəzədilmişdir.

Həmçinin, son zamanlarda muzey fondu nadir XIX əsrin milli geyim nümunəsi olan meyzər (toy mərasimi üçün təmtəraqlı önlük), Kəşmir şalından və üzərində sahibinin adı və tarixi tikilən baharı (dizə kimi uzunluğa malik qadın üst geyimi) kimi əşyalar ilə zənginləşib.

Zərgərlik kolleksiyasında da əhəmiyyətli artım müşahidə olunur.  Yeni daxil olan eksponatlar içərisində XIX - XX əsrin əvvəllərinə aid ən mühüm nümunələr Bakı və Naxçıvandan  iki cüt qızıl sırğa və o cümlədən, Cənubi Azərbaycandan şəbəkə texnikasında işlənmiş qızıl sürmədandır (sürmə üçün çubuq).

Bununla yanaşı, 2017-ci ildə məşhur alim-etnoqraf Həsən Quliyevin şəxsi arxivi ailəsi tərəfindən muzeyə hədiyyə edilmişdir. Bunlar onun müəllifi olduğu  Sovet dövrünə aid broşurlar (bunlardan biri 1983-cü ildə Bakıda keçirilən xalça üzrə ilk simpozium üçün nəşr olunmuşdur), biblioqrafik dəyərlər - şəxsi kitabxanasından Qafqaz xalqlarının etnoqrafiyasına dair kitablar, həmçinin qafqazlıların geyimi və həyatını əks etdirən, Rusiya muzeylərində inqilab öncəsi çəkilən fotoşəkillərdən alimin çıxartdığı (əsasən D.İ.Yermakov) fotosurətlərdir. Arxivin əsas dəyəri alimin öz əlyazmaları və  ilk növbədə onun Azərbaycanın bölgələrinə səfərlərlə bağlı qeydlərinin apardığı ekspedisiya gündəlikləridir.

Bundan əlavə, sərgi çərçivəsində Azərbaycan Xalça Muzeyinin taleyində böyük rol oynamış şəxsin − bu il 100 illik yubileyi qeyd olunan, muzeyin ilk direktoru Əziz Əliyevin geniş və səmərəli  fəaliyyətini əks etdirən arxiv şəkillərinin retrospektivi nümayiş olunacaq.

Həmçinin, Azərbaycan Xalça Muzeyinin yubileyinə həm xarici, həm də ölkəmizin bölgələrindən mütəxəssislər bir araya gələrək "Muzeylərdə tekstil kolleksiyasıyaları" adlı dəyirmi masada  iştirak edəcəklər. Onlar mühafizə, sərgiləmə, xalçaların, xalça məmulatlarının, milli geyim və parça nümunələrinin konservasiyası və bərpası kimi məsələləri müzakirə edəcəklər.

Tədbirdə dünyanın tekstil muzeyləri, onların assosiasiyaları və icmaları arasında əlaqələrin qurulması, təcrübə və məlumat mübadiləsi, tekstil kolleksiyaları saxlanılan muzeylərdə elmi konfrans, sərgi, seminar, ustad dərs, festival və digər tədbirlərin keçirilməsi və Tekstil Muzeyləri Şəbəkəsinin (Textile Museums Network) yaradılması müzakirə olunacaq.

"Dəyirmi masa" 16 noyabr tarixində saat 10.30-da muzey ekspozisiyasının üçüncü mərtəbəsində keçiriləcək.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel