Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3187

Azərbaycan Xalçası üzrə V Beynəlxalq Simpozium çərçivəsində “Müasir incəsənət xalçalarda” adlı sərgi keçiriləcək

Azərbaycan Xalça Muzeyi 2017-ci ilin oktyabrında Bakıda keçiriləcək Azərbaycan Xalçası üzrə V Beynəlxalq Simpozium çərçivəsində “Müasir incəsənət xalçalarda” adlı sərgi layihəsi təşkil edəcək. Burada dörd tanınmış gənc rəssamın – Faiq Əhməd, Fərid Rəsulov, CHİNGİZ və Butunay Haqverdiyevin müəllifi olduğu beş əsər təqdim olunacaq. Rəssamların hər biri son on ildə Azərbaycan incəsənətini xaricdə – xüsusilə də məşhur Venesiya Biennalesində iştirak edərək uğurla təmsil etmişlər.

Hər bir rəssam sərgi üçün xalça sənəti, onun ənənələri və müasir dövrdə yaşadılması ilə bağlı öz baxışlarını ictimaiyyətə təqdim edir. Onlar öz əsərlərində ənənəvi xalça nümunələrinin simvolikasının dərk edilməsini, ornament və onların adət edilmiş formalarının müasir üslubda transformasiyasını, hətta xalçanın utilitar əhəmiyyətinin genişlənməsini əks etdiriblər. Ancaq hər kəs bunu öz yaradıcılığına xarakterik olan yollarla şərh edir.

“Axan” xalçalar uzun müddətdir ki, Faiq Əhməd yaradıcılığının bir növ əsas vizit kartıdır. Sərgidə üzərində nefti xatırladan qara axının təsvir olunduğu belə xalçalardan biri ictimaiyyətə təqdim olunacaq. Rəssamın digər əsəri xovsuz xalça olan Qarabağ cecimindən yaradılmış ikinci emalın beynəlxalq nişanı “Universal Recycling Symbol”-nu (sonsuzluq əlaməti olaraq Möbius lenti ilə qapanan üç ox) ifadə edən kompozisiyaya malikdir. Bu xalçanın verdiyi mesaj budur: Azərbaycan xalçalarının obraz və ornament sistemi çağdaş müəlliflərin gələcək yaradıcılıq axtarışları üçün əsasdır və bu da milli ənənələrin qorunmasının təminatıdır.

CHİNGİZ xüsusilə olaraq simpozium üçün toxuduğu Faiq Əhmədin əsərində ifadəsini tapdığı sanki ənənələrin yenidən işlənməsi ideyasına illüstrasiya olan xalçanı təqdim edir. Onun xalçası öz müasirliyi və nəfis sadəliyi ilə seçilir, burada lakonik forma bütünlüklə çoxtərəfli bir fikrə tabedir. Xalçanın ara sahəsində bir tipli qara və yalnız biri ağ rəngdə olan zoomorf (quş) təsvirlər yer alır ki, bu da “Ağ qarğa”nın simvolik təsvirini təcəssüm edir. Bu əsərin əsas ideyası hər şeyi, yəni – bəşəriyyətin yaradılışını, yaradıcı fikrin ortaya çıxmasını, ətraf mühiti canlandırmaq iqtidarına malik yaradıcı düşüncənin təsirini dəyişə bilən, zamanın və məkanın müəyyən bir nöqtəsini göstərməkdir. Bu ideya ilə bağlı şərhlər çox ola bilər, lakin hamısı yenilik və qeyri-adiliklə bağlıdır və bu baxımdan əsər müasir müəlliflərin əsərlərində yer alan milli xalçanın yaradıcı transformasiyasının mahiyyətini əks etdirir.

Fərid Rəsulov sərgi üçün interyerin divar və mebelindən tutmuş ən kiçik detalına kimi hər şey xalça ornamentləri ilə örtülmüş “Xalça otağı”nı tərtib etmişdir. Beləliklə, hər kəs özünü yeganə, əbədi, universal əsər olan xalçanın içində hiss edə və onun ənənəvi Azərbaycan interyeri və ümumiyyətlə ölkə sənətinə böyük təsirini dəyərləndirə biləcək. Fərid Rəsulov öz instalyasiyası üçün Qarabağın Çələbi xalçasının ornament və kompozisiyasından yararlanıb.

Butunay Haqverdiyev də tamaşaçını xalçanın “içərisinə” buraxmaq qərarına gəlmiş lakin o, bu məsələyə tamamilə başqa metodla yanaşmışdır. Onun instalyasiyası akril boyalarla rənglənmiş, Azərbaycan xalçalarında yer alan ənənəvi ornamentlər formasında böyük ölçülü taxta modullardan ibarətdir. Onlar asanlıqla daşına və müxtəlif yollarla birləşdirilə bilir və nəticə etibarilə yuxarıdan aydın şəkildə görünə biləcək bir kompozisiyaya malikdir (bu kompozisiya üst mərtəbədən baxa bilmək üçün muzeyin şüşə tavanlı xüsusi salonunda nümayiş olunacaq). Bu instalyasiya kənardan baxılarkən sanki tamaşaçını sirrlərini açmağa çağıran parlaq və yaraşıqlı labirint kimi görünür.

XƏBƏRLƏR

25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub