Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3120

Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz-İslam Ordusunun 100 illiyi ilə əlaqədar Bakıda fotosərgi açılıb

Mayın 24-də Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz-İslam Ordusunun 100 illiyi ilə əlaqədar fotosərgi açılıb.

Sərginin açılışından öncə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin, habelə Milli Məclisin deputatlarının qatıldığı tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Qafqaz İslam Ordusunun Azərbaycan-Türkiyə münasibətlərinin tarixində əhəmiyyətli rola malik olduğunu qeyd edən E.Özoral 100 il əvvəl türk və Azərbaycan əsgərlərinin çiyin-çiyinə vuruşaraq qəhrəmanlıqlar göstərdiklərini söyləyib. Səfir Osmanlı imperiyasının ağır dövrü olmasına baxmayaraq, Azərbaycana münasibətdə öz qardaşlıq borcunu yerinə yetirdiyini, bu məqsədlə Qafqaz İslam Ordusunun yaradıldığını bildirib. O, eyni köklərə malik iki qardaş xalqın ortaq maraqlarının təmənnasız sevgi və dərin tarixi bağlılıq prinsipləri üzərində qurulduğunu vurğulayaraq bildirib ki, bu fədakarlıqları gələcək nəsillərə çatdırmaq və dünyaya bəyan etmək hər iki dövlətin borcudur.

Vurğulanıb ki, Bakının azad edildiyi gün Azərbaycan xalqının tarixində əlamətdar tarixi hadisədir.

Belə tədbirlər tariximizin xatırlanması, eləcə də qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir. 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir: “Osmanlı qoşunları Bakının azad edilməsi üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid vermişdir. Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara, özbaşınalığa son qoyulub. Bakı və digər rayonların azad olunması ilə AXC hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin edə bilib. Yetmiş illik sovet hakimiyyəti dövründə bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmayıb və onu qəlbində yaşatmaqdadır. Osmanlı ordusu Azərbaycanda son zəfərini qazandı. Azərbaycan bizim də vətənimizdir. Necə ki, Türkiyə azərbaycanlı qardaşlarımızın vətənidir. Bu gün biz Azərbaycan kimi güclü bir qardaş ölkənin olmasından qurur hissi keçiririk. Biz birlikdə daha güclüyük”.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, sərgi iki xalqın tarixinin gözəl nümunəsidir: “Sərgi üç mövzuya həsr olunub. Hər üçü özlüyündə böyük tədqiqatların elmi mövzusudur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bütün ölkədə müxtəlif mövzularda Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi qeyd olunur. Qısa müddət ömrü olan Cümhuriyyət bu gün üçün də mühüm əhəmiyyətli tarixi faktları özündə ehtiva edib. Azərbaycanın ilk dövlət universiteti, ilk muzeyi bu dövrdə yaradılıb, qadınlara ilk səsvermə hüququ da Cümhuriyyətin bizə qoyduğu irsdir. Cümhuriyyətin böyük fədailəri tərəfindən irəli sürülən bu təşəbbüslər müasir Azərbaycanın tarixində də müstəsna rol oynayır”.

Nazir əlavə edib ki, 40-dək fotonun yer aldığı sərgi Mədəniyyət Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi, Bakı Yunus Əmrə İnstitutu və Bakı Türk Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbir çərçivəsində İstiqlal Muzeyinin yeni təmir olunmuş Cümhuriyyət zalının açılışı olub. Yeni qurulmuş zalda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini özündə əks etdirən 70-dək foto, sənədli material və muzeyə hədiyyə olunan üçrəngli bayrağımızın ideya müəllifi Əli bəy Hüseynzadənin şəxsi əşyaları nümayiş olunur. Həmçinin rəssam Elşən Sərxanoğlunun muzeyə bağışladığı “Həsrət üzəngilərinə elegiya” triptixinin təqdimatı da keçirilib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi iyunun 6-dək davam edəcək.

 

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!