Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2718

Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyləri münasibətilə tədbir keçirilib

Oktyabrın 10-da Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Nazirliyin və bir sıra yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.
Ölkəmizin stendində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti ilə bağlı 490 adda 700-ə yaxın nəşr məhsulları alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərə təqdim olunur.
Sərginin açılış günündə Azərbaycanın Mədəniyyət Nazirliyi, Azərbaycanın Almaniyadakı Səfirliyi, Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində Qara Qarayevin 100 illiyi münasibətilə çap olunan “Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” və “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabları qonaqlara təqdim olunub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin əhəmiyyətindən danışıb, bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının imzalandığını, və cari il ərzində ölkənin daxilində və xaricində çoxsaylı tədbirlərin keçirilməkdə davam etdiyini bildirib. Həmçinin, Qara Qarayevin 100 illiyi münasibətilə Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Almaniyada çap olunan “Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” adlı kitab və həmçinin Azərbaycan Milli Kitabxanasının Azərbaycan, ingilis və rus dillərində hazırladığı “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabının dahi Azərbaycan bəstəkarı Qara Qarayev irsinin bir daha öyrənilməsi və dünyada təbliği işinə öz qiymətli töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd edib.
Sonra Azərbaycanın Almaniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Ramin Həsənov çıxış edərək,  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Qara Qarayevin 100 illiyi ilə bağlı keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib.
“Avropa Əməkdaşlıq Forumu”nun sədri Samirə Patzer-İsmayılova Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan "Qara Qarayev.Seçilmiş fortepiano əsərləri" kitabının ərsəyə gəlməsindən danışıb, Azərbaycan mədəni irsinin Avropa ölkələrində təbliğində kitabın nəşrinin önəmli addım olduğunu qeyd edib.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Haluk Dursun, akademik, tarixçi İlber Ortaylı, Azərbaycanın Almaniyanın Baden - Vüttenberq əyalətindeki Fəxri Konsulu  Otto Hauser, "Bellmann" musiqi nəşriyyatının rəhbəri Michael Bellmannın qatıldığı tədbirin sonunda Türkiyə mədəniyyət və turizm nazirinin müavini Haluk Dursun Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevə hədiyyə nəşrləri təqdim edib.

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi