Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
599

Azərbaycan-Yaponiya ekspedisiyası tərəfindən Damcılı mağarasında tədqiqatlar davam etdirilir

Qazax rayonundakı “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində, Daşsalahlı kəndi yaxınlığında yerləşən Damcılı mağara düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlar aparır. 2015-ci ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin Daş dövrü mütəxəssisi, professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə qoruq ərazisində kəşfiyyat xarakterli axtarışlar aparmaq üçün heyət dəvət olunub. 2016-cı ildə Damcılı mağara düşərgəsində arxeoloji qazıntılar başlanıb.

Bu ilin iyulun 16-dan beynəlxalq ekspedisiya Damcılı mağara düşərgəsində növbəti qazıntı işlərinə start verib. Ekspedisiyanın tərkibində Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin başçılığı ilə Qədim Şərq Muzeyinin, Yapon Elmin İnkişafı Cəmiyyətinin, Vaseda Universitetinin, Kanazava Universitetinin və digər elmi mərkəzlərin arxeologiya, paleobotanika, paleobiologiya, topoqrafika və başqa sahələr üzrə mütəxəssisləri iştirak edir. Tədqiqat işlərinə yaponiyalı mütəxəssislərlə yanaşı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları da cəlb ediliblər.

Aparılan tədqiqatlar nəticəsində ərazidə Tunc, Neolit, Mezolit və Orta Paleolit dövrlərinə aid təbəqələr aşkar olunub. Beynəlxalq ekspedisiya qoruq ərazisində işlədiyi illərdə müxtəlif dövrlərə aid alətlər, heyvan sümükləri, bitki toxumları, dövrü tam bəlli olmayan bir neçə qutu qəbir aşkar ediblər. 2018-ci ildə isə mezolit dövrünə aid daha yüksək elmi nəticələr əldə olunub. Bu ildən etibarən qazıntı işləri 3 metrə qədər genişləndirilərək qayaların alt tərəfində aparılmağa başlanılıb.

Damcılıda olan Palelolit düşərgələri qapalı paleolit düşərgələridir və indiyə qədər bu ərazilərdə bu qədər  uzunmüddətli və ardıcıl elmi-tədqiqat işləri aparılmayıb.

Qeyd edək ki, Azərbaycanda ilk Qədim Daş dövrünə aid abidə – Damcılı mağarası 65 il əvvəl aşkarlanıb. 1956-1957-ci illərdə burada aparılan tədqiqatlar zamanı Orta Paleolit (Mustye mədəniyyəti), Üst paleolit, Mezolit, Neolit və Orta əsrlərə aid materiallar aşkar olunub.

XƏBƏRLƏR

07.12.2019 11:24
Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti konserti
07.12.2019 10:44
Əksəriyyəti əlilliyi olan şəxslərdən ibarət yaradıcı heyətin hazırladığı “Solğun çiçəklər” tamaşasının premyerası olub
07.12.2019 10:05
“Bölgə” teatr truppası fəaliyyət sahəsini genişləndirir
06.12.2019 17:20
Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfə
06.12.2019 16:42
Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib
06.12.2019 16:03
Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"sinin təqdimatı keçirildi
06.12.2019 15:23
Sumqayıtda yubiley tədbiri keçirilib
06.12.2019 15:10
“Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər paneli keçiriləcəkdir
06.12.2019 14:53
Bursada qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub
06.12.2019 10:49
Musiqili Teatrda “Nəsimi” kompozisiyası təqdim olunub
06.12.2019 10:29
Qusarda “Multikulturalizm Azərbaycanda həyat tərzidir” adlı tədbir keçirilib
06.12.2019 10:07
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb
06.12.2019 09:17
Bakıda "Nəsimi 650: haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
06.12.2019 09:01
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub
06.12.2019 08:53
Lilldə “Transsiberien” festivalı Qara Qarayevin əsərinin ifası ilə başlayacaq
05.12.2019 17:19
Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
05.12.2019 16:29
MDB ölkələrinin mediası Bakıda keçirilən “Sərhədsiz incəsənət” beynəlxalq seminarından yazıb
05.12.2019 14:27
Daşkənddə “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı tədbir keçirilib
05.12.2019 12:05
“Culture Guide” mədəniyyət bələdçisinin dekabr sayı çapdan çıxıb
05.12.2019 11:37
“ŞAİRƏ İTHAF” adlı açıq respublika rəsm müsabiqəsinin vaxtı 2020-ci il aprel ayının 1-dək uzadılmışdır
05.12.2019 10:57
Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
05.12.2019 10:19
“Yeddi nar çubuğu” səhnəyə gəlir
05.12.2019 09:14
UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında dəyirmi masa keçirilib
05.12.2019 09:10
Mədəniyyətin səyyar təlimləri uğurla başa çatıb
05.12.2019 09:06
“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert
04.12.2019 18:36
Nazir Əbülfəs Qarayev Bəhreyn Krallığının nümayəndə heyətini qəbul edib
04.12.2019 18:15
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti Əminə Dilbazinin xatirəsi yad olunub
04.12.2019 18:12
Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün elan edilən rəsm müsabiqəsi davam edir
04.12.2019 17:39
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
04.12.2019 16:30
Mədəniyyət naziri Latviya, İordaniya və İndoneziyanın ölkəmizdəki səfirləri ilə görüşüb
04.12.2019 16:07
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub