Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
672

Azərbaycanda birinci Xalq Mahnıları Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq Xalq Mahnıları Festivalı keçiriləcək. Oktyabrın 8-dən 12-dək davam edəcək festival çərçivəsində xalq mahnıları üzərində illərlə tədqiqatlar aparan musiqişünasların çıxışlarından ibarət elmi simpozium, Xalq Çalğı Alətləri ansambllarının çıxışı, vokal gecəsi, sərbəst caz axşamının keçirilməsi nəzərdə tutulur.

Bu barədə “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov deyib: “Bu gün milli mənəvi dəyərlərin qorunub saxlanması, onların gələcək nəsillərə ötürülməsi, həmçinin bu dəyərlərin dünya mədəniyyət irsində təbliğ olunması istiqamətində dövlətimiz tərəfindən görülən tədbirlər əvəzsizdir. Məhz Azərbaycan xalq mahnılarından ibarət festival keçirməkdə məqsəd radiomuzun Qızıl Fondunda olan, eyni zamanda, regionlarda illərcə nəsildən-nəslə ötürülən xalq mahnılarını tamaşaçılara təqdim etməkdir”.

O bildirib ki, festivalda məşhur musiqiçilərlə yanaşı, gənc və peşəkar ifaçıların da çıxışları nəzərdə tutulur. Xalq Mahnıları Festivalının tamaşaçıları trio və televiziyanın “Xatirə” ansamblının müşayiəti ilə mərhum və müasir bəstəkarların unudulmuş xalq mahnılarını dinləmək imkanı qazanacaqlar. Bu xalq mahnıları həm də Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun ifasında səslənəcək. Festival çərçivəsində müasir caz, instrumental improvizasiyaların da səsləndirilməsi nəzərdə tutulur. Düşünürəm ki, xalq mahnıları layihəsi musiqimizə yeni töhfə olacaq.

Festivalın sonuncu günü Əməkdar artist, vokalçı Ramil Qasımov xalq mahnılarının Simfonik Orkestr üçün işləmələrini ifa edəcək.

Qeyd edək ki, festival “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşəbbüsü ilə keçiriləcək.

XƏBƏRLƏR

13.12.2018 09:41
Bakı Expo Mərkəzində Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcəkdir
12.12.2018 16:50
Qazax rayon MKS tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar sərgi təşkil olunub
12.12.2018 16:41
Bu gün Heydər Əliyev Sarayında Azərbaycan xalqının Ümummilli liderinin anım mərasimi keçirilib
12.12.2018 09:51
Böyük Britaniya məzunlarının mükafatlandırılması mərasimi
11.12.2018 17:06
Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Kürdəmirdə ustad dərsləri keçiblər
11.12.2018 16:58
Azərbaycan Milli Kitabxanası Sofiya şəhərində keçirilən Beynəlxalq Elmi Konfransda ölkəmizi təmsil edib
11.12.2018 16:39
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında iştirak edir
11.12.2018 16:32
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb
11.12.2018 11:04
Şəmkirdə Gülxar Həsənovanın yubileyi qeyd olunub
11.12.2018 09:30
Parlaq, koloritli qadın obrazlarının mahir ifaçısı
11.12.2018 09:15
Azərbaycan Respublikasının mədəniyyət naziri Hacıqabul şəhərində vətəndaşları qəbul edəcək
10.12.2018 16:33
Xalq artisti Gülxar Həsənovanın Fəxri xiyabanda xatirəsi yad olundu
10.12.2018 12:35
Musiqili Teatrda “Çarəsiz sərnişinlər” yola çıxdılar
10.12.2018 12:17
Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş “Gənc yazarların müsabiqəsi” keçirilmişdir
10.12.2018 10:38
Quba şəhərində Ulu Öndərin xatirə günləri çərçivəsində xüsusi layihə həyata keçirildi
07.12.2018 19:59
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd edildi
07.12.2018 17:33
Ölkəmiz Avstriyanın Vyana şəhərində keçirilən “Avropa Mədəni İrs İli-2018” adlı tədbirdə təmsil olunur
07.12.2018 17:18
Mədəniyyət naziri Əbülfəs Qarayev Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri ilə görüşüb
07.12.2018 16:59
Şamaxı şəhərində Prezident təqaüdçülərinin konserti keçirildi
07.12.2018 15:49
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru Dövlət Xor Kapellası ilə bir səhnəni bölüşdü
07.12.2018 12:40
Sabirabadda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
07.12.2018 11:28
Azərbaycan Xalça Muzeyində konservasiya üzrə növbəti ustad dərsləri keçirilib
07.12.2018 11:22
Bakıda isveçli rəssamın fərdi sərgisi açılıb