Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3837

Azərbaycanda İran İslam Respublikasının Mədəniyyət Günləri keçiriləcək

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018 – 2021-ci illər üçün Mədəni Mübadilə Proqramı”na əsasən 27 iyun - 1 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasında İran İslam Respublikasının Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılmışdır. Tədbir çərçivəsində İran İslam incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulmuşdur. İran İslam Respublikasının Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və insanların bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurulmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə  xidmət edəcəkdir.

Mədəniyyət Günləri çərçivəsində İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad naziri doktor Seyid Abbas Salehinin başçılığı altında İranın tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfərə gələcəkdir.

Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərin proqramı:

 

s/s

Vaxt və saat

Tədbirin adı

Keçirilmə yeri

Ünvan

1.

27 iyun,  saat 17:00

  • - Mətbuat konfransı,
  • - İran incəsənət ustalarının əl işləri, milli geyim nümunələrinin, turizm, xəttatlıq, foto və rəsm əsərlərindən ibarət sərginin açılışı

Muzey Mərkəzi

(Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 49)

 

 

2.

27 iyun, saat 19:00

İran Mədəniyyət Günlərinin rəsmi açılışı və İran Milli Orkestrinin konserti,

Azərbaycan Dövlət Akademik Filarmoniyası

(Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 10)

 

 

28 iyun, saat 17:00

Tanınmış rejissor Məhəmmədrza Məcidi Taleşin “Məhəmməd: Allahın Elçisi” bədii filminin təqdimatı,

Nizami Kino Mərkəzi

(Ünvan: Bakı şəhəri, Bülbül prospekti, 20)

3.

28, 29 iyun, saat 19:00

Titovak Teatrının “İlahi Komediya. Cəhənnəm” tamaşasının (ssenari müəllifi və rejissoru İbrahim Poştkuhi) nümayişi

Azərbaycan Dövlət Musiqili Teatrı,

(Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 8)

4.

29 iyun, saat 19:00

İran Milli Orkestrinin konserti

Gəncə Dövlət Filarmoniyası

 

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi