Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
202

“Azərbaycanım” II Respublika uşaq rəsm festivalı keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May-Respublika Günü”nə həsr olunmuş rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin  təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə  elan  olunmuş “Azərbaycanım” II Respublika uşaq rəsm festivalı Xətai Rayon İcra Hakimiyyətinin həyətində açıq  havada təşkil olunub.

Tədbiri Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin sektor müdiri Qalib Qasımov açaraq  
festival iştirakçılarını salamladı və uşaqlarla  keçirilən bu kimi tədbirlərin  əhəmiyyətindən danışdı. Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi  Pənah İmanov və Xətai  Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbir iştirakçılarına öz xoş arzularını çatdırdılar.

Uşaqların müxtəlif rəqsləri ilə davam edən plener (açıq havada rəsm çəkmək) bitdikdən sonra Xətai Sənət Mərkəzində iştirakçıların əsərlərinin qiymətləndirilməsi keçirilib.

Qiymətləndirmənin nəticələrinə əsasən Rəhmanova Ceyran birinci, Abbaslı Mehin II və Osmanlı Rəsul III yerlərə, habelə 12 nəfər iştirakçı həvəsləndirici mükafatlara layiq görülüb.

Festival bədii hissəilə yekunlaşıb.

XƏBƏRLƏR

15.06.2019 11:25
Tovuzda Milli Qurtuluş günü qeyd olunub
15.06.2019 11:02
“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək
15.06.2019 10:37
Azərbaycan rəssamlarının əsərlərinin ilk Respublika satış-sərgisi açılıb
15.06.2019 10:26
Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılıb
15.06.2019 10:23
Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi münasibətilə “Qətibə İnanc” tamaşası nümayiş olunub
14.06.2019 16:58
Respublika Gənclər Kitabxanasında “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə keçirildi
14.06.2019 16:50
Gəncədə muzey işçilərinin peşə səriştələrinin artırılması məqsədilə kurslar təşkil olunub
14.06.2019 14:53
Milli Qurtuluş Günü Sabirabadda təntənəli şəkildə qeyd edildi
14.06.2019 14:35
Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində “Milli Qurtuluş Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib
14.06.2019 14:22
Mərkəzi İncəsənət məktəbində görkəmli musiqiçilərin ustad dərsləri keçirildi
14.06.2019 10:19
Milli Qurtuluş Günü Ağstafada təntənə ilə qeyd olunub
14.06.2019 09:15
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub
13.06.2019 18:37
Dünya İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsi ölkəmizə göstərilən yüksək etimadın nümunəsidir
13.06.2019 15:27
Gəncədə 15 İyun – Milli Qurtuluş Günü qeyd olundu
13.06.2019 15:11
Gəncədə “Müstəqillik və vətənpərvərlik ruhunun aşılanmasında kinematoqrafiyanın rolu” mövzusunda debat keçirilib
13.06.2019 10:17
Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın yubiley gecəsi keçiriləcək
13.06.2019 10:01
Qusarda “Oxu Günü” keçirilib
13.06.2019 09:37
Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub
13.06.2019 09:34
Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub
12.06.2019 17:24
“Çölçü” bədii filmi beynəlxalq mükafatlara layiq görülüb
12.06.2019 16:51
Gəncədə “Mədəniyyət həftəsi” çərçivəsində növbəti tədbir keçirilib
12.06.2019 16:01
Kitabxanada Milli Qurtuluş Günü qeyd olunub
12.06.2019 14:27
Bakıda II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib
12.06.2019 14:22
Sumqayıtın musiqi məktəblərinin hesabat konsertləri keçirilib
12.06.2019 12:05
Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub
11.06.2019 17:47
Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görülüb
11.06.2019 17:45
Gəncədə “Mədəniyyət həftəsi” “Dönməz iradə” adlı seminarla başlanıb