Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2826

Azərbaycanın milli musiqi alətləri Qazaxıstanın İxlas adına Xalq Musiqi Alətləri muzeyinə hədiyyə edilib

Cari ilin 16 may tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən və Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşkilatı dəstəyi ilə ölkəmizin milli musiqi alətləri olan tar, kamança, qaval, balaban və tütək Qazaxstanın Almatı şəhərində yerləşən İxlas adına Xalq Musiqi Alətləri muzeyinə hədiyyə edilib. Bununla bağlı keçirilən təntənəli tədbirdə muzeyin rəhbərliyi, Almatı şəhər Mədəniyyət Departamentinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi, Səfirliyin Almatı şəhərindəki təmsilçisi və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Almatı şəhər Mədəniyyət Departamentinin müdir müavini Daniyar Aliyev çıxış edərək bildirib ki, ortaq tarixi kökə və dəyərlərə sahib olan Azərbaycanla Qazaxıstan arasında son illərmədəni əlaqələr daha da genişlənib, bu sahədə ardıcıl işlərin aparılması nəticəsində münasibətlər xeyli dərinləşib

Azərbaycanın Qazaxıstandakı Səfirliyinin Almatı şəhəriüzrə nümayəndəsi Ramil Rzayev iki qardaş xalqı dərin tarixitellərin, mədəni-mənəvi əlaqələrin bağladığını, uzunmüddətli dostluğun qarşılıqlı hörmət və etimada əsaslandığını bildirib. O, diplomatik münasibətlərin qurulmasından etibarən bütün sahələri əhatə edən ikitərəfli əlaqələrin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin aparıcı məsləhətçisi İsa Məmmədov çıxış edərək, qonaqları Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev adından salamlayıb və ölkələr arasında mədəni əlaqələrin genişləndirilməsi üçün münbit zəmin olduğunu bildirib. O, Azərbaycanın zəngin musiqi mədəniyyəti, onun tarixi haqqında tədbir iştirakçılarına məlumat verib, muzeyə hədiyyə olunan xalq musiqi alətlərinin özəllikləri və xüsusiyyətləri haqqında geniş təqdimat keçirib. Daha sonra,Azərbaycanın milli musiqi alətləri nazirlik əməkdaşı tərəfindən rəsmi şəkildə muzeyə təqdim edilib.

Tədbirdə İxlas adına Xalq Musiqi Alətləri Muzeyinin direktoru Uljan Baybusınova və Almatı şəhər AzərbaycanlılarAssosiyasiyanın sədri Qəhraman Sadiyev çıxış edərək, muzeyin xalq musiqi alətlərimizlə təmin olunması kimi əhəmiyyətli təşəbbüslə çıxış etdiyinə görə Azərbaycanın Qazaxıstandakı Səfirliyinə və Mədəniyyət Nazirliyinə təşəkkür ediblər. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Muzeyə musiqi alətlərinin hədiyyə edilməsi muzey rəhbərliyi və tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Rəsmi çıxışlardan sonra Qazaxıstandakı Azərbaycan icmasından olan musiqiçilər hədiyyə olunmuş musiqi alətlərində ifalar edib və kiçik konsert proqramı təşkil olunub. Sonda alətlər muzeyin ekspozisiya zalına yerləşdirilib.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!