Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1096

Azərbaycanın tanınmış idmançısına həsr edilən filmin nümayişi olub

Mayın 24-də Nizami Kino Mərkəzində rejissor Zamin Məmmədovun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı “Çempion” sənədli filminin nümayişi olub.

Filmin nümayişindən əvvəl çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bu ekran əsərinin Azərbaycan Sambo Federasiyasının prezidenti, doqquzqat dünya çempionu Ceyhun Məmmədovun həyatından və idman fəaliyyətindən bəhs etdiyini söyləyib. O deyib: “Ölkəmizdə idmana böyük diqqət yetirilir, hər il çoxlu sayda beynəlxalq yarışlar keçirilir. Azərbaycan idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan atletləri ən nüfuzlu yarışlarda medallar qazanır, ölkəmizin bayrağını göylərə ucaldır, Vətəni təbliğ edirlər”.

Gənclər və idman naziri Azad Rəhimov Ceyhun Məmmədovun uğurlarından söz açaraq, onun Azərbaycanda sambonun inkişafına verdiyi əvəzsiz töhfəni qeyd edib. A.Rəhimov deyib: “Ceyhun Məmmədov bir örnəkdir, gənclərimiz bu cür görkəmli idmançılardan nümunə götürməlidirlər. Belə istedadlı idmançıların sayəsində ölkəmizin dünyada tanınması çox sevindirici haldır. Həmçinin “Çempion” kimi maraqlı ekran əsərinin ərsəyə gəlməsinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirmək istəyirəm”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qeyd edib ki, idmançılarımız nailiyyətləri və qələbələri ilə hər zaman bizi sevindirlər. Azərbaycan idmançıları beynəlxalq arenada daha yüksək zirvələr fəth edəcəklər.

Ceyhun Məmmədov göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə və “Azərbaycanfilm” kinostudiyasına təşəkkürünü bildirib. Qeyd edib ki, bu film onun 50 illik yubileyinə ən gözəl hədiyyədir.

Sonda tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan “Çempion” filmi nümayiş olunub.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib