Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1362

Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Xəbər verdiyimiz kimi nazir müavini Nazim Səmədovun başçılığı iləİçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Araz Bağırlının daxil olduğu  nümayəndə heyəti Oman Sultanlığında səfərdədir. YUNESKO və BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) birgə təşkilatçılığı ilə İkinci Ümumdünya Mədəniyyət və Turizm Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti Oman tərəfi ilə bir sıra ikitərəfli görüşlər  keçirib.

Dekabrın 11-də Oman Sultanlığının turizm naziri  Əhməd bin Nasser Əl Məhrizi ilə görüşən Nazim Səmədov Oman vətəndaşlarının Azərbaycana ən çox səfər edən ölkə vətəndaşları sırasında 11-ci yerdə qərarlaşdığını və bu ölkədən gələn turistlərin sayında sürətli artımın müşahidə olunduğunu qeyd etdi.

Nazir Əhməd bin Nasser Əl Məhrizi öz növbəsində Azərbaycanda bir neçə dəfə olduğunu, ölkəmizin mədəniyyətinə, mətbəxinə, musiqisinə heyran qaldığını bildirdi. Nazir qeyd etdi ki, Azərbaycan kimi ölkələr məhz öz mədəniyyətini dünya turizm bazarına çıxarmaqla böyük turist kütləsini cəlb etməyə qadirdir. Görüşün sonunda Omanlı nazir Nazim Səmədova xatirə hədiyyəsini təqdim etdi.

12 dekabr tarixində “Oman Air” şirkətinin baş direktoru və kommersiya üzrə vitse- prezidenti Əbdulrəhman Əl Busaydi və Oman Sultanlığının turizm nazirinin müavini Mayta Saif Məcid Əl Məhruqi ilə Nazim Səmədov arasında keçirilən görüşdə Omandan Azərbaycana gələn turistlərin sürətli artımı, bu artımın hava yolları şirkətləri üçün yaratdığı imkanlar müzakirə edildi. N. Səmədov "Oman Air" şirkətinin ölkəmizə birbaşa reys açılması perspektivlərinin araşdırılmasının önəmini, ölkəmizin əlverişli mövqeyinin başqa coğrafiyalara çıxışı asanlaşdırdığını vurğuladı.  Əbdulrəhman Əl Busaydi və Mayta Sayif Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını, əməkdaşlığın genişləndirilməsi məqsədilə 2018-ci ilin mart ayında keçiriləcək İTB Berlin - beynəlxalq turizm sərgisi çərçivəsində özəl sektor nümayəndələrinin görüşməsi üçün əlverişli zəmin yarandığını bildirdilər. Görüşdə ölkələrimiz arasında turizm əlaqələrinin gücləndirilməsi və yeni inkişaf müstəvisinə çıxması üçün birgə turizm komissiyasının fəaliyyəti razılaşdırıldı.

Səfər çərçivəsində həmçinin N.Səmədov ilə Bəhreyn Turizm və Sərgilər Təşkilatının Baş direktoru Xaled Bin Hamud Əl Xəlifə, İraq mədəniyyət, turizm və antik əşyalar  naziri Firyad Hassan, İran Mədəni İrs, Əl işləri və Turizm Təşkilatının sədrinin müavini Mohammed Moheb Xudai və Dünya Bankının şəhərlər üzrə aparıcı mütəxəssisi Ahmed Eyveyda arasında da ikitərəfli görüşlər keçirilmişdir.

Səfərin sonunda mədəniyyət və turizm nazirinin müavini Muskat şəhərinin Əsas Məscidi, Muskat Opera Evi, Sultan Sarayı və Oman Milli Muzeyi daxil olmaqla Muskatda yerləşən bir neçə mədəniyyət obyekti ilə tanış oldu.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb