Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1178

Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib

1-5 iyul 2019-cu il tarixində Bolqarıstan Respublikasının Plovdiv şəhərində keçirilən “Birlikdə yaradıcıllıq” festivalında ölkəmizi Azərbaycan Dillər Universitetinin tələbələri Lalə Rüstəmli və Bəyaz Hüseyn uğurla təmsil edib.

Frankofon Universitetlər Agentliyi tərəfindən təşkil olunmuş festival Orta və Şərqi Avropada fransız dillində təhsil alan tələbələr arasında keçirilib. Festivalın səlahiyyətli şəxsləri Frankofon Universitetlər Agentliyinin Orta və Şərqi Avropa üzrə regional direktoru Mohammed Ketata, layihənin menecerləri Peter Topareff, Ana Maria Bodgros və Olesea Simiondur.  

Məlumat üçün qeyd edək ki, festivalda 17 ölkədən 79 təmsilçi (o cümlədən Azərbaycandan iki nəfər) iştirak etmişdir.  Təmsilçilər Azərbaycan Dillər Universitetinin “Frankofoniya, fransız dili və mədəniyyəti mərkəzi”ndən namizədliyimizi irəli sürüb, müsahibə vasitəsilə seçilib.

Qeyd edək ki, Azərbaycanın təqdimatı iyulun 4-də baş tutub. Təqdimat zamanı Azərbaycanlı tələbələr tərəfindən hazırlanmış ölkəmizin ərazisi, regionları, iqtisadiyyatı, mədəniyyəti, mətbəxi, qeyri-maddi mədəni irsi haqqında təqdimatı nümayiş olunub. Həmçinin tədbirdə milli süfrə hazırlanıb. Digər tədbir iştirakçılarına  suvenirlər və kitablar hədiyyə olunub. Tədbirdə “Nəlbəki” və  UNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmiş “Yallı” milli rəqsləri ifa olunub.

XƏBƏRLƏR

03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir
23.06.2020 12:32
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb
23.06.2020 10:11
“Birgə mütaliə” adlı layihə davam edir
22.06.2020 11:02
INTERACT layihəsi çərçivəsində Andrey Zvyaqintsevlə onlayn ustad dərsi baş tutub
22.06.2020 10:43
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov beynəlxalq onlayn konfransda iştirak edəcək
22.06.2020 10:35
Bədii təhsilin perspektivliyi müzakirə edilib