Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
10626

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin olunub

Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Cəlil Məlikov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Noyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yeni rəisi kollektivə təqdim olundu.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov iştirak edirdi.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi işləmiş Vüqar Zeynalov Prezident İlham Əliyevin sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu təyinatla bağlı ölkə başçısına təşəkkür edən Əbülfəs Qarayev Vüqar Zeynalova yeni vəzifəsində uğurlar arzuladı.

Əbülfəs Qarayev Mədəniyyət Nazirliyi sistemində aparılan islahatlardan danışaraq, görülən işlərin ölkəmizin mədəniyyət sahəsinin daha da inkişaf etdirilməsinə yönəldiyini vurğuladı. Bildirdi ki, bu islahatların tərkib hissəsi kimi rayon-şəhər  mədəniyyət şöbələri Bakı və 15 regional mədəniyyət idarəsində birləşdirilib. Bu da idarəçiliyin daha da təkmilləşdirilməsinə zəmin yaradıb.

Nazir bu sahədə qarşıda duran vəzifələrdən də danışdı, mədəni xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğuladı.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxış edərək mədəniyyət sahəsində çalışmaqdan məmnunluğunu bildirdi, yeni idarə rəisinə təbriklərini çatdırdı.

Nazir Əbülfəs Qarayev daha sonra Cəlil Məlikovu Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivinə təqdim etdi.

Bildirdi ki, Cəlil Məlikov nazirlik sistemində müxtəlif vəzifələrdə çalışıb. Yaradıcı mühitdə formalaşmış, perspektivli gənc kadrdır: “Düşünürəm ki, Cəlil Məlikov üzərinə qoyulan vəzifəsinin öhdəsindən layiqincə gələcək”.

Nazir Cəlil Məlikova və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivinə uğurlar arzu etdi.

Qeyd edək ki, Cəlil Bəhram oğlu Məlikov 1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini bitirib. 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyində, daha sonra Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Son təyinata qədər mədəniyyət nazirinin köməkçisi vəzifəsində çalışıb.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib