Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
415

Bakı Uşaq Teatrı mövsümə yekun vurdu

Növbəti mövsümə qədər sevimli tamaşaçıları ilə səhnə sovqatlı sağollaşan sənət ocaqlarından biri də Bakı Uşaq Teatrı oldu. İyulun 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) tamaşa salonunda mövsümə yekun vurdu.

ATXİ-nin tamaşa salonunu dolduran müxtəlif yaş qrupundan olan tamaşaçılar qarşısına çıxan teatrın direktoru, Əməkdar artist İntiqam Soltan öncə dolğun keçən mövsümə qısa nəzər saldı. Müxtəlif idarə və müəssisələr, nazirlik və təşkilatlarla reallaşdırdıqları birgə uğurlu layihələrdən, maarifləndirici aksiyalardan, qastrol səfərlərindən bəhs etdi. Direktor “Bütün Azərbaycanı səhnə bilirik” ifadəsini qüvvətləndirmək üçün fərqli rayonlarda tamaşaçılar qarşısında etdikləri çıxışlardan, onların teatra sevgi və marağından da danışdı.

Tamaşanın maarifləndirici missiyasına xüsusi önəm verdiklərini deyən Əməkdar artist uşaq, yeniyetmə və gəncliyin sağlamlığı və əmin addımlarla gələcəyə irəliləməsi üçün teatr olaraq təbliğat maşını funksiyasını yerinə yetirməyə çalışdıqlarını dilə gətirdi.

Yeni mövsüm vədlərinin ardınca isə il ərzində yaradıcı fəaliyyəti ilə seçilən, eləcə də teatra dəstək olan, onun təbliğatı işini quran bir neçə şəxsə təsis etdikləri “Gümüş körpə” mükafatı verildi.

Mükafatçılar arasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov da var idi. O, təltifə görə teatrın kollektivinə minnətdarlığını bildirdi, yeni yaradıcılıq uğurları arzuladı.

Teatrın əməkdaşları arasında keçirilən sorğuya əsasən müəyyənləşən digər mükafatçılar teatrşünas və media mənsubları idi.
Daha sonra balaca tamaşaçıların rəy sorğusuna görə, teatrın əməkdaşları Şahbuz Quliyev, Zəminə Allahverdiyeva, Leyla Hüseynova, Nərminə Məhərrəmova, Turəxanım Qasımlı, Niyaz Qasımov, Mehman Piriyev, Ədalət Ağaverdizadə, Günay Pirizadə, Emin Balayev və digərləri mükafatlandırıldı.

Sonda tamaşaçılar müasir dövrün qlobal problemlərindən olan insan alverinin fəsadlarına həsr olunan “Günahsız günahkarlar” tamaşasına baxdılar.

Böyüklər üçün nəzərdə tutulan tamaşanın səhnələşdirəni Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.

Tamaşa gənclər arasında yayılmış “mafiya” oyunu üzərində qurulub. Gənclər bu oyun sayəsində özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanına çevrilirlər. Kimisi yüksək gəlirli iş, kimisi ailə qurmaq adı ilə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Gənclər insan alveri haqqında nələri bilməlidirlər? "Günahsız günahkarlar" tamaşası bu suallara cavab üzərində qurulub. Özlüyündə bir sıra ağır məqamlara aydınlıq gətirən dramatik sonluqlu tamaşa alqışlarla qarşılandı.

XƏBƏRLƏR

19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb