Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1455

BAKI XOREOQRAFİYA AKADEMİYASINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM MƏRASİMİ KEÇİRİLİB

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə “Əbədiyaşar Lider” adlı tədbir keçirilib. Anım mərasimində BXA-nın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, Yazıçılar Birliyinin üzvü, yazıçı İlqar Quliyev (Əhmədoğlu), professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları öncə ulu öndərin akademiyanın foyesindəki büstü önünə gül dəstəsi qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə professor T. Əfəndiyev açaraq Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salıb.

Professor çıxışında qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına və çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətçiliyin möhkəmlənməsi və yüksəlməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanınmasına həsr etmiş, bu sahədə misilsiz xidmətlər göstərmişdir. Sonra isə yazıçı İlqar Əhmədoğlu Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzedilməz xidmətlərindən və ümumilikdə dövlətçilik fəaliyyətindən danışıb. Yazıçı dahi şəxsiyyətə həsr etdiyi “Odlu ürəyin döyüntüləri” kitabını tədbir iştirakçılarına təqdim edib. Tədbirdə sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev “Heydər Əliyev və Azərbaycan təhsili”, fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyev “Ümummilli lider Heydər Əliyevin nəzəri irsi və azərbaycançılıq fəlsəfəsi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva “Heydər Əliyev və nitq mədəniyyəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül Hüseynova “Heydər Əliyev və musiqi mədəniyyəti” adlı məruzələrlə çıxış ediblər.

Həmçinin Xarici işlər üzrə prorektor, Xalq artisti Təranə Muradova və BXA-nın müəllimi, Əməkdar artist Yuri Lobaçov ümummilli lider Heydər Əliyevlə kulis arxası görüşlərindən xatirələrini bölüşüblər. Anım mərasiminin ”Ulu öndər əbədi xatirələrdə” adlı bədii hissəsini açıq elan edən BXA- nın Kollecinin direktoru pedaqogika üzrə fəlsəfə doktoru Aynur Hüseynova da Ulu öndərin təhsilə və mədəniyyətə olan diqqət və qayğısından danışıb. Daha sonra kollec tələbələri tərəfindən ulu öndərə həsr olunmuş Xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan” şeiri, gənc yazar Qabil Ədalətin “ Heydər Əliyev”, yazıçı Mirkazım Seyidovun “ Yaşayır Heydər Ata” şeirləri səsləndirilib və “Xalq Heydər söyləyəcək”, “Heydər Atamız” mahnıları ifa edilib.

Tədbir Ulu öndərin həyat və fəaliyyətini əks etdirən video süjetin nümayişi ilə başa çatıb.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel