Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
477

Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri təşkil olunub

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tələbələri üçün ustad dərsi keçib.

Maraqla izlənilən görüşdə Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova əvvəlcə Xalq artisti Bəxtiyar Xanızadənin yaradıcılığından və ümumilikdə Azərbaycan Dövlət Pantomima Teatrının inkişafındakı rolu barədə geniş məlumat verib.

Sonra B.Xanızadə çıxış edərək BXA-nın professor-müəllim, tələbə heyətini salamlayıb, Bakı Xoreoqrafiya Akademiyasına ilk gəlişi olduğunu vurğulayaraq, akademiya haqqında təəssüratlarını bölüşüb.

Daha sonra B.Xanızadə pantomima və onun yaranma tarixindən söhbət açıb, aktyor və obraz, aktyor və rejissor münasibətləri barədə danışıb.

Sonda isə praktik məşğələdə Pantomima Teatrının aktyor heyəti və B.Xanızadə “Dejavü”, “Kişilər və qadınlar”, “Adagio”, “Underground” tamaşalarından maraqlı fraqmentlər nümayiş etdiriblər.

Akademiyanın müəllim və tələbələrinin böyük marağına səbəb olan ustad dərsləri iştirakçılar tərəfindən də yüksək qiymətləndirilib.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb