Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1296

Bakı Xoreoqrafiya Akademiyasının əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib

Moskvada Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Qnesinlər adına Rusiya Musiqi Akademiyasının təşkilatçılığı ilə “İncəsənət ali təhsil müəssisələri beynəlxalq məkanda” mövzusunda beynəlxalq konfrans keçirilib. A.Y.Vaqanova adına Rus Balet Akademiyasının təklifi ilə Bakı Xoreoqrafiya Akademiyası (BXA) da konfransda iştirak edib.

Rusiya, Fransa, Litva, Böyük Britaniya, Yunanıstan, Estoniya, İspaniya, Belarus və digər ölkələrdən nümayəndələrin iştirak etdiyi konfransın plenar iclasında akademiyanın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə “Ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın Azərbaycan modeli: problemlər və perspektivlər” və “Bakı Xoreoqrafiya Akademiyası elm, təhsil və sənətin qovşağında” mövzularında təqdimatla çıxış edib.

Ə.Babazadə məruzəsində son 15 il ərzində ölkəmizdə həyata keçirilən məqsədyönlü təhsil və mədəniyyət siyasətindən, təhsilinin mütərəqqi nailiyyətlərindən, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısından, eyni zamanda, Azərbaycan təhsilinin maddi-texniki və qanunvericilik bazalarının gücləndirilməsi sahəsində görülən tədbirlərdən danışıb.

Qeyd edilib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı, insan kapitalının formalaşması üzrə məqsədlər respublikada təhsilin və xüsusilə də ali təhsil sisteminin beynəlxalq standartlara cavab verməsi və beynəlxalq rəqabətliliyinin artırılması üçün münbit şərait yaradır. Odur ki, ölkə rəhbərliyi tərəfindən təhsil sahəsi üzrə yeni-yeni strategiyalar və uzunmüddətli dövlət proqramları qəbul edilir. Azərbaycanın incəsənətyönümlü ali təhsil müəssisələri barədə ətraflı danışan şöbə müdiri müsəlman Şərqinin incəsənət beşiyi olan Azərbaycanın, rəssamlıq, dekorativ-tətbiqi sənət, musiqi, teatr, kino və xoreoqrafiya sahəsində bədii təhsil nailiyyətləri barədə məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Məruzəçinin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə, eyni zamanda, incəsənət və mədəniyyət universitetlərinin reytinqlərinin formalaşdırılması, habelə incəsənət sahəsində beynəlxalq təhsilin aktual problemləri, incəsənət universitetlərinin beynəlxalq təhsil bazarında marketinqi, beynəlxalq təhsilin infrastrukturu, birgə təhsil proqramları, yay məktəbləri, akademik mobillik və digər əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

Konfrans çərçivəsində Ə.Babazadə Qnesinlər adına Rusiya Musiqi Akademiyasının prezidenti, Rusiya Teatr Sənəti İnstitutunun, Macarıstan Rəqs Akademiyasının və Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorları, Jurgenov adına Qazax Milli İncəsənət Akademiyasının, A.Y.Vaqanova adına Rus Baleti Akademiyasının və Moskva Dövlət Xoreoqrafiya Akademiyasının prorektorları ilə təhsil, elm və yaradıcılıq üzrə birgə layihələrin həyata keçirilməsi barədə danışıqlar aparıb.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib