Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2842

Bakı Yunus Əmrə İnstitutu ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının gələcəkdə birgə əməkdaşlığı məqsədilə görüş

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi  birgə əməkdaşlıq məqsədilə “XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihəsi çərçivəsində ilk dəfə 2 iyul  2018-ci il tarixdə Bakı Yunus Əmrə İnstitutunda oldular. İnstitutun direktoru doktor Cihan Özdemir kollektivi çox səmimi qarşılayıb görüşdən məmnunluğunu bildirdi. Görüş mehriban münasibət, qarşılıqlı xoş söhbət əsasında davam etdi.

Kitabxananın direktoru Oruc Quliyev əvvəlcə kitabxana, onun tarixi, fondu, oxucuları, fəaliyyəti, keçirilən tədbirlər haqqında geniş məlumat verdi. Sonra  görüşün əsas məqsədinin birgə əməkdaşlıq etmək, müxtəlif layihələrdə, tədbirlərdə iştirak etmək, Azərbaycan və Türkiyə Gənclər Kitabxanalarının sıx əlaqələr saxlamasına, hətta ezamiyyələr vasitəsilə əyani surətdə tanışlıqlarına razılığa gəlmək olduğunu bildirdi. Oruc Quliyev doktor Cihan Özdemiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına dəvət etdi.

Doktor Cihan Özdemir Azərbaycan kitabxanaları ilə tanışlığından, müasir gəncliyin kitaba, ədəbiyyata maraq dairəsindən, Azərbaycan və Türkiyə kitabxanalarının oxşar və fərqli xüsusiyyətlərindən danışdı. Təəssüflə bildirdi ki, müasir internet dövründə gənclərin kitaba olan marağı nisbətən azalmışdır. Buna görə də, kitabı sevdirən filmlərin çəkilişlərinə böyük yer ayrılmalı, media ilə iş birliyi qurulmalı, kitablar geniş şəkildə  reklam olunmalıdır.

Doktor Cihan Özdemirin rəhbərliyi ilə kitabxana kollekti Bakı Yunus Əmrə İnstitutunun işi, fəaliyyətin əsas məqsədi, keçirilən  tədris və məşğələlər, həmçinin, nəfis tərtibatlı kitabxana ilə tanış oldular.

Oruc Quliyev Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının adından Bakı Yunus Əmrə İnstitutunun kitabxanasına Zahid Qaralovun iki cildlik “Heydər Əliyevin elmi irsi” və “Əbədiyyətə gedən yollar” kitablarını hədiyyə verdi.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!