Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
971

Bakıda estrada sənətinin diplomlu sinfi açılacaq

Bakıda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tərkibində uşaq estrada sənəti sinfi açılacaq.

 Azərbaycanda yeganə diplomlu uşaq estrada sənəti sinfinin (UESS) yerləşdiyi məktəbdə olub.  

Məktəbə gələn hər bir kəs incə sədalar altında Qarayev dövrünə daxil olur. Təmiz koridorlarda müşahidə kameraları quraşdırılıb, məktəbə baş çəkənləri isə mühafizə xidmətinin əməkdaşları qarşılayır. 

Siniflərdə xeyirxah müəllimləri və istedadlı, drijor yerişli, səliqəli geyinmiş uşaqları görmək olar.

“Ölkədə estrada vokal-instrumental bölməsinin açılmasına çoxdan ehtiyac var, çünki uşaqlar klassik musiqi ilə yanaşı, estrada musiqisinə də yiyələnsinlər, - müxbirimizlə söhbətində Azərbaycan Respublikasının əməkdar artisti, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli deyib. - Hazırda Azərbaycanda bu sahədə bir boşluq yaranıb. Ölkədəki müğənnilərin əksəriyyətinin musiqi diplomu yoxdur, səhnədə davranışla bağlı adi qaydaları bilmirlər. 

Məhz bu boşluğu doldurmaq üçün yeni bölmə yaratmaq qərarına gəldik. Yeni dərsliklər nəşr ediləcək, adlı-sanlı müəllimlər və koordinatorlar cəlb olunub”. 

Beləliklə, bu ideya böyük tələb nəticəsində yaranıb. İnsanlar istəyirdilər, ancaq təkliflər olmurdu. 

UESS-in art-direktoru, “We are talents” layihəsinin müəllifi və rejissoru Fidan Mir-Qədirova – bu böyük enerjili gənc, cazibədar qadın onun üzərinə düşən hər şeyi hərəkətə gətirir. 

Fidanda musiqiyə sevgi musiqi məktəbində təhsil aldığı dövrdə meydana çıxıb. Daha sonra tale Fidanı sənətdən uzaqlaşdırır, o, uzun müddət paytaxtdakı nəhəng şirkətlərdə çalışır. Bir müddət əvvəl Mir-Qədirova ibtidai sinfin başa çatması ilə bağlı keçirilən mədəniyyət tədbirlərinin təşkilatçılığını üzərinə götürmək qərarına gəlib. 

O, hər uşaqda öz fərdi istedadını açmağa çalışırdı və işlər başladı. 

Bütün yerləri dolmuş zal bu zərif qadının qısamüddətli təşkilatçılığı zamanı nələr etdiyini görəndə duyğuları saxlamaq çətin idi. 

“Bu tədbirdən sonra valideynlər mənə yaxınlaşır, zəng edirdilər. Hər kəs məndən onların uşaqlarına estrada sənəti üzrə dərs keçməyimi istəyirdilər”, - Mir-Qədirova deyib. 

Onun sözlərinə görə, doğru və cəlbedici nəsə yaratmaq lazım idi. 

“Onda mən və bizim bədii rəhbərimiz, “1000yearsrecords” studiyasının direktoru Emil Minyaşev uşaq estrada sənəti sinfinin yaradılması üzrə işlərə başladıq. Bu gün bizim peşəkar müəllimlərdən və ulduz məsləhətçilərdən ibarət heyətimiz var”, - müsahibimiz bildirib. 

Ulduz (icraçı) heyət

Layihənin bədii rəhbəri – Emil Minyaşev;

Musiqi nəzəriyyəsi müəllimi – Konservatoriyanın müəllimi, fəlsəfə doktoru Elmira Pənahova; 

Ümumi fortepiano sinfi üzrə müəllim – Azərbaycanın əməkdar heykəltəraşı Münəvvər Rzayevanın yeganə qızı, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano bölməsinin rəhbəri, bəstəkar Zemfira Mir-Qədirova;

 

Səhnə ustalığı üzrə məsləhətçi – “Şərq Ulduzları” uşaq ansamblında Vaqif Gərayzadənin böyük məktəbini keçən, Azərbaycanın ilk “progressive metal” qruplarından biri olan “Midnight”ın fortmeni Mikayıl Rəfiyev;

Vokal müəllimi – Humay Süleymanbəyli;

 

Vokal üzrə baş məsləhətçi – İtaliya Vokal Akademiyasının məzunu, Benyamin Cilo adına festivalın Qran-Prisinin qalibi, Azərbaycanda ilk rok-operası olan “Səyyah Sindibad”ın müəllifi Rizvan Sadırxanov;

Estrada vokalı üzrə məsləhətçilər – Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Nərgiz Kərimova, Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə

Məqsəd

Bu sinifdə uşaqlarınıza səhnə obrazı, estrada vokalı, müasir üslub, səhnə mədəniyyəti öyrədiləcək, onlar ansambl, musiqi əsasları, estrada alətləri dərsləri alacaqlar, ən başlıcası, onlarda yüksək estetik zövq yaranacaq. 

“Ən başlıca məqsəd ölkəmizdə estrada sənətinin səviyyəsini qaldırmağa çalışmaqdır, - art-direktor bildirib. - Bu gün müasir estradamızda vəziyyət acınacaqlı olduğundan uşaqlarda musiqi zövqü tamamilə pozulub. Məhz bu səbəbdən UESS komandası seçimə başlayıb. 

Qeyd etmək istərdik ki, uşaqlarla məşğələlər ən müasir metodikalar üzrə aparılacaq, bununla da onların maraq və istəklərini yaratmaq niyyətindəyik. Hər bir şagirdin fərdi tədris proqramı olacaq. Hər üç aydan bir məktəbin böyük konsert zalında şagirdlərin hesabat çıxışları, hər il şəhərimizin seçilmiş səhnələrində qala-konsertləri olacaq”, - müsahibimiz əlavə edib. 

Uşaq estrada sənəti sinfində oxuyacaq uşaqlar beynəlxalq səhnələrə çıxmaq imkanı qazanacaqlar. Sistemli olaraq uşaqlar beynəlxalq müsabiqələrdə iştirak edəcəklər. 

Qeyd edək ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xoru müntəzəm şəkildə müxtəlif ölkələrdəki festivallarda iştirak edir. 

Bir sözlə, uşaq etrada sənəti sinfi uşaqlarınızın mədəni, əqli və yaradıcılıq gələcəyi üçün təminat verir.

XƏBƏRLƏR

09.12.2019 16:43
Daşkənddə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş poeziya axşamı təşkil edilib
09.12.2019 16:19
Ölkəmiz UNESKO-da təşkil edilən beynəlxalq konfransda təmsil olunub
09.12.2019 16:07
“Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər paneli keçirildi
06.12.2019 17:20
Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfə
06.12.2019 16:42
Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib
06.12.2019 16:03
Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"sinin təqdimatı keçirildi
06.12.2019 15:23
Sumqayıtda yubiley tədbiri keçirilib
06.12.2019 15:10
“Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər paneli keçiriləcəkdir
06.12.2019 14:53
Bursada qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub
06.12.2019 10:49
Musiqili Teatrda “Nəsimi” kompozisiyası təqdim olunub
06.12.2019 10:29
Qusarda “Multikulturalizm Azərbaycanda həyat tərzidir” adlı tədbir keçirilib
06.12.2019 10:07
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb
06.12.2019 09:17
Bakıda "Nəsimi 650: haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
06.12.2019 09:01
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub
06.12.2019 08:53
Lilldə “Transsiberien” festivalı Qara Qarayevin əsərinin ifası ilə başlayacaq
05.12.2019 17:19
Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
05.12.2019 16:29
MDB ölkələrinin mediası Bakıda keçirilən “Sərhədsiz incəsənət” beynəlxalq seminarından yazıb
05.12.2019 14:27
Daşkənddə “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı tədbir keçirilib
05.12.2019 12:05
“Culture Guide” mədəniyyət bələdçisinin dekabr sayı çapdan çıxıb
05.12.2019 11:37
“ŞAİRƏ İTHAF” adlı açıq respublika rəsm müsabiqəsinin vaxtı 2020-ci il aprel ayının 1-dək uzadılmışdır
05.12.2019 10:57
Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
05.12.2019 10:19
“Yeddi nar çubuğu” səhnəyə gəlir
05.12.2019 09:14
UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında dəyirmi masa keçirilib
05.12.2019 09:10
Mədəniyyətin səyyar təlimləri uğurla başa çatıb
05.12.2019 09:06
“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert
04.12.2019 18:36
Nazir Əbülfəs Qarayev Bəhreyn Krallığının nümayəndə heyətini qəbul edib
04.12.2019 18:15
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti Əminə Dilbazinin xatirəsi yad olunub
04.12.2019 18:12
Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün elan edilən rəsm müsabiqəsi davam edir
04.12.2019 17:39
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
04.12.2019 16:30
Mədəniyyət naziri Latviya, İordaniya və İndoneziyanın ölkəmizdəki səfirləri ilə görüşüb
04.12.2019 16:07
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub
04.12.2019 14:23
Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin 30 illiyi qeyd edildi