Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1321

Bakıda görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçirildi

Sentyabrın 21-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Murad Kajlayevin müəllif gecəsi keçirildi.

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilən tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdi.

Gecədə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında bəstəkarın əsərləri təqdim edildi.

 

Musiqi daim gənc və əbədiyaşardır

Konsertdən əvvəl festivalla bağlı fikirlərini bölüşən bəstəkar bildirdi ki, musiqi tədbirində iştirak etmək mənim üçün böyük şərəfdir: “Mənim konservatoriyanın tərkibində musiqi məktəbində təhsil aldığım illər bu dahi musiqiçinin rektorluğu illərinə təsadüf edirdi. Onunla tələbəliyimin ilk günündəki görüşümü gözəl xatırlayıram. Bu gün isə onun adını daşıyan festivalda mənim əsərlərim ifa edilir. Bakıda professional səhnədə ilk əsərim 68 il bundan əvvəl səslənib. Tarixi də dəqiq yadımdadır 12 yanvar 1950-ci il. Gəncliyimi, unudulmaz pedaqoq və valideynlərimi qaytara bilməsəm də, musiqi daim gənc və əbədiyaşardır. Bu gün tədbirə qatılan hər kəsə sonsuz minnətdarlığımı bildirirəm. Çünki təşrif buyuran hər kəs mənimlə sevincimi bölüşməyə və keçmişlə bağlı xatirələrimi yaşamağa gələrək məni tək qoymadılar. Qismətimə Azərbaycanda doğulmaq, burada təhsil almaq xoşbəxtliyi nəsib olub. Təhsilimi bitirdikdən sonra ata və babalarımın vətəni olan Dağıstana dönüb orada respublikanın musiqisinə öz töhfələrimi verməkdə davam etdim. Bugünkü konsertim doğma Azərbaycana minnətdarlıq işarəsidir”.

Bəstəkar “Dostluq” ordeni ilə təltif olunduğuna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Daha sonra konsert proqramı təqdim edildi. Konsertdə bəstəkarın Nizami Gəncəvi mövzusunda “Simfonik freskalar”, “Mahnı belə yaranır” xor silsiləsindən 2 fraqment, “İmam Şamil” simfonik illüstrasiyaları, “Vətən səhəri” simfonik fantaziyası, orkestr üçün “Zirvəyə doğru” pyesi, truba üçün "Qədim üslubda pyes" (solist İsrafil Rəsulov), truba və simli orkestr üçün romansı səsləndirildi. Gecədə Nizaminin əsərləri Xalq artisti Səfa Mirzəhəsənovun qiraətində təqdim olundu.

 

Dahi Nizamiyə ehtiramla

Bəstəkarın yaratdığı hər bir əsərin öz tarixi, öz xatirəsi var. Konsertin əvvəlində təqdim edilən “Simfonik freskalar” dahi Nizaminin “Xosrov və Şirin” əsərinin motivləri əsasında, sərhədsiz  və zamana tabe olmayan sevgiyə münasibətdən yaranıb. Əsərin ilk variantı 1980-ci illərdə yazılıb və ifa olunub. Həmin dövrdə əsərin solisti Azərbaycanın unudulmaz ifaçısı Qulu Əsgərov idi. Q.Əsgərovun vəfatından sonra bəstəkar uzun müddət bu partituraya müraciət etmir. O, 2017-ci ildə yenidən əsərə müraciət edərək üzərində geniş redaktələr aparır, Q.Əsgərovun səsini fleytada muğam improvizələri əvəzləyir və buraya xor və bədii qiraət də daxil edilir. Əsər illüstrasiyalardan tam azaddır və burada Murad Kajlayevin parlaq istedadı göz önündədir. Yeni variantda əsər ilk dəfə ötən il Yaroslavl Akademik Qubernator Simfonik Orkestrinin ifasında dirijor, Rusiyanın Xalq artisti Murad Annamamedov) səsləndirilib.

 

“Bakı haqqında xatirələr”

Konsert boyu səsləndirilən hər bir əsər öz möhtəşəmliyi ilə diqqət çəkirdi. Görkəmli avar şairi, Dövlət mükafatı laureatı Rəsul Həmzətovun sətirlərindən ilhamlanaraq ərsəyə gələn musiqi pyesləri hər iki sənətkarı vətənə sevgi məqamında birləşdirir. Bəstəkarın “İmam Şamil” əsərində baş qəhrəman bir sərkərdəliklə yanaşı, xeyirxahlıq nümunəsi, safqəlbli insan kimi təqdim edilir.

Konsert boyu təqdim olunan “Vətənimin səhəri”, “Bakı haqqında xatirələr” və digər əsərlərin hər birində bəstəkarın özünəməxsus dəst-xətti hiss olunurdu. “Bakı haqqında xatirələr” ilk dəfə dahi Niyazinin dirijorluğu ilə 1956-cı ildə Dağıstanda ifa edilib.

Musiqi gecəsi bir bəstəkarın yaşadığı illərə hesabat konserti idi bəlkə də. Özünün də qeyd etdiyi kimi, doğulduğu, təhsil aldığı məmləkətə vəfa borcu idi. Azərbaycanlı tamaşaçılar da bəstəkarı yalnız buraxmadılar. İfa edilən hər bir əsər alqışlarla qarşılandı.

 

Bəstəkar ömrü

Murad Kajlayev Dağıstan professional musiqisinin banilərindən biridir. Bəstəkarın yaradıcılığı vətəninin tarixi, zəngin folkloru ilə ayrılmaz surətdə bağlıdır. O, 1931-ci ildə Bakıda anadan olub. Bülbül adına Orta ixtisas musiqi məktəbində təhsil alıb. 12 yaşında Böyük Vətən müharibəsi illərində (1941-1945) hospitallarda yaralı əsgərlər qarşısında ilk əsəri ilə çıxış edib. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə (professor B.İ.Zeydmanın sinfi) bitirib. Eyni zamanda dirijorluq ixtisası üzrə ilk təcrübəsini Niyazidən alıb. Təhsil aldığı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub və əsərləri konsert proqramlarında səsləndirilib.

Murad Kajlayev əsərləri dünyanın bir çox ölkələrində səslənir. Sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, simfonik, instrumental və kamera əsərləri yaradıb. Bəstəkarın gənc musiqiçi nəsillərinin yetişdirilməsində də mühüm xidmətləri var. Qocaman musiqiçi 2008-ci ildə Dağıstanda İncəsənət məktəbini yaradıb. Hazırda bu məktəb bəstəkarın adını daşıyır.

Görkəmli bəstəkar Azərbaycan musiqi mədəniyyətinin təbliğindəki müstəsna xidmətlərinə görə 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Dostluq" ordeninə layiq görülüb.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!