İyunun 10-dan 21-dək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Uşaq Musiqi və İncəsənət Məktəblərində fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması” mövzusunda yeni tədris modulları əsasında növbəti ixtisasartırma kurslarının II hissəsi keçirilib.
Təlimdə dinləyicilər fortepiano və royalın tarixi və hissələri haqqında, bu alətlərin mexanikası ilə tanışlıq, mexanikanın nizamlanması, təmiri metodu, çəkiclərin şlifovkası, təmiri, pedalların təmiri və nizamlanması ilə bağlı bilik və bacarıqlar əldə ediblər.
Təlimlər kurs kuratoru Abbas Kərimov tərəfindən aparılıb. Həmçinin təlimlərdə yekun olaraq əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı, dinləyicilərin bilik və bacarıqları qiymətləndirilib.
Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı kreativ yanaşmalara da yer verilib.
Təlimləri bitirən dinləyicilərə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Leyla Mehdiyeva, Təlim-tədris şöbəsinin sektor müdiri Aygün Hüseynova və metodist Kəmalə Şahverdiyeva tərəfindən beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim edilib.
Mərkəzin direktor müavini Leyla Mehdiyeva çıxış edərək dinləyicilərə uğurlar diləyib, müəssisənin gələcək planlarından məlumat verib və ölkə rəhbərliyinə respublikamızda bədii təhsilin inkişafına ayırdığı diqqətə görə təşəkkürünü bildirib.