Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
595

Bakıda keçirilən “Dostluq körpüsü” II beynəlxalq folklor rəqs festivalının bir qrup iştirakçısı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin qonağı olub

Bakı  Şəhər Mədəniyyət və Turizm  Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərində  “Dostluq körpüsü” adlı II Beynəlxalq Folklor-Rəqs Festivalı keçirilir. Festivala Azərbaycan, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları, ümumilikdə, 400-dən çox iştirakçı qatılıb.

İyulun  10-da Nizami Kino Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov qonaq ölkələrin nümayəndələri ilə görüş keçirdib. Görüş zamanı V.Zeynalov festivalın keçirilməsində əsas məqsədin uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi olduğunu qeyd edib. Səmimiyyət və dostluq şəraitində keçən görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub,  qonaqlarla xatirə şəkilləri çəkilib.

 Qeyd edək ki, 07-13 iyul tarixlərində keçirilən Festivalın açılış konserti iyulun 09-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  baş tutub. İştirakçılar festival zamanı İdarə tərəfindən təşkil olunmuş ekskursiyalara qatılıblar. Qonaqlar Bakının tarix-mədəniyyət və təbiət qoruğu olan “Yanar dağ”, Şəhidlər Xiyabanı, Funikulyor, İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası, “Qala” Dövlət  Tarix-Etnoqrafiya qoruğu, Xalça muzeyi və  Heydər Əliyev Mərkəzi  ilə tanış olublar.

Festivalın yekun qala konserti iyulun 13-də Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək.

XƏBƏRLƏR

27.07.2017 17:47
Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü aşıq Ədalət Nəsibovun sənət dünyasına həsr olunmuş “Ecazkar barmaqların sehrində” adlı tədbir keçirilmişdir
26.07.2017 17:38
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan muzey və qoruqların əməkdaşları üçün təlimlər keçirilmişdir
26.07.2017 15:36
Mədəniyyət və turizm naziri Şəki şəhərində vətəndaşları qəbul edəcək
26.07.2017 09:08
Muxtar respublikada fəaliyyət göstərən yerləşdirmə obyektlərinin və turizm şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
25.07.2017 17:34
Milli İncəsənət Muzeyində “Fransız tətilləri” proqramına start verilib
25.07.2017 11:33
Tvininq layihəsinin “Sosial-iqtisadi inkişafda mədəni irsin rolu; Fandreyzinq” adı altında treyninq sessiyası baş tutmuşdur
25.07.2017 11:31
Şəkidə keçirilən yay konsertləri şəhərin qonaqlarına xoş ovqat bəxş edir
25.07.2017 11:28
VI “Harmoniya Borjomi 2017” Beynəlxalq Musiqi Festivalında Azərbaycan təmsil olunub
25.07.2017 11:26
Astara rayonunda “Heydər Əliyev” adına parkda səyyar kitabxana xidməti təşkil edilib
25.07.2017 11:24
Zaqatalada “İslam həmrəyliyi - zamanın tələbi, milyonların arzusu” adlı elmi-praktik konfrans keçirilib
25.07.2017 11:23
Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazar Turgut Özakmanın “Ocaq” əsərinə daxili baxış keçirilib
21.07.2017 15:57
Ukraynada Odessa Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycanın iştirakı ilə panel müzakirələri keçirilib
21.07.2017 15:56
ATMU-da Elmi Şuranın tədris ili üzrə yekun iclası keçirilib
21.07.2017 15:55
“Azərbaycan mətbuatı" adlı oxucu konfransı keçirilib
19.07.2017 14:31
Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupunun ilk iclası keçirilmişdir
19.07.2017 14:29
Qazax rayonunda bir sıra tədbirlər təşkil olunub
19.07.2017 14:26
Şəkidə “Qala Divarları” ərazisində yay konsertləri davam edir
19.07.2017 14:23
Səyyar seminar-treninqlər davam edir
18.07.2017 14:51
Regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti müzakirə olunub
18.07.2017 14:48
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qalindo Penya ilə görüşmüşdür
18.07.2017 11:38
Mədəniyyət və turizm naziri Şəmkirdə vətəndaşlarla görüşüb
18.07.2017 11:37
Xalq rəssamı Tokay Məmmədovun 90 illiyinə həsr olunan gecə keçirildi
17.07.2017 15:34
Musiqili Teatr 107-ci mövsümü premyera ilə başa vurdu
17.07.2017 15:22
Lənkəranda 126-cı teatr mövsümünün bağlanışı olub
17.07.2017 15:17
Füzuli Dövlət Dram Teatrı mövsümə ''Mən Zəhrayam" adlı poetik xalq faciəsi ilə yekun vurdu
17.07.2017 09:55
Xaçmazda keçirilən II Beynəlxalq dolma festivalında 350 növ dolma sərgilənib
17.07.2017 09:53
“Söz” ədəbi layihəsi çərçivəsində növbəti tədbir - “Zəhra”
14.07.2017 17:42
“Günlərdən ŞEİR” adlı layihənin növbəti tədbiri həyata keçirilmişdir
14.07.2017 16:47
Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yubiley komissiyasının iclası keçirildi