Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1427

Bakıda məşhur rusiyalı balet sənətkarları haqqında kitabın və sənədli filmin təqdimatı oldu

Aprelin 12-də Nizami Kino Mərkəzində tanınmış rusiyalı baletmeyster, görkəmli pedaqoq, professor Azari Plisetskiyə həsr olunmuş sənədli filmin və balet sənətinin dünyaca məşhur nəsilləri – Plisetski və Messererlər haqqında “Baletdə həyat” adlı kitabın təqdimatı keçirildi.

Təqdimatda mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycanın, SSRİ-nin və Rusiyanın Xalq rəssamı Tahir Salahov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Mərasimdə çıxış edən Azari Plisetski ölkəmizə səfər etməsindən məmnun olduğunu bildirdi. Qeyd etdi ki, uzun müddətdən sonra Azərbaycanda olmaq ona xoş hiss və duyğular yaşadıb: “Bu müddətdə Bakı tamamilə dəyişib, gözəlləşib. Tahir Salahovun dəvətinə əsasən Bakıda səfərdəyəm. Səfər çərçivəsində şəhəri gəzməyə vaxtım da oldu. Muzeylərə getdim, Bakı ilə tanış oldum. Bu mənə olduqca xoş təsir bağışladı”.

Sonra qonaq film və kitab haqqında məlumat verdi. Vurğuladı ki, balet sənətində xüsusi yeri olan məşhur nəsillər – Plisetski və Messererlər haqqında ailə xronikası kitabının yazılmasına uzun müddət sərf edib. Filmdə də balet sənətinin bu nəsillərdən olan tanınmış simalardan bəhs olunur.

Daha sonra sənədli film nümayiş olundu.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi