Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1494

Bakıda SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcək

21 sentyabr saat 19.00-da Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində  SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcək. Gecədə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcəklər.

Konsertdə bəstəkarın Nizami Gəncəvi mövzusuna “Simfonik freskalar”, “Mahnı belə yaranır” xor silsiləsindən 2 fraqment, “İmam Şamil” simfonik illüstrasiyalar, “Vətən səhəri” simfonik fantaziyası, “Zirvəyə doğru” orkestr üçün pyes, truba üçün “Qədim üslubda pyes” (solist İsrafil Rəsulov) və truba və simli orkestr üçün romansı səslənəcəkdir.

Festival çərçivəsində 24 sentyabr saat 16.00-da “Xəzər” Universitetinin Fikrət Əmirov adına konfrans-konsert salonunda Murad Kajlayev ilə yaradıcı görüş təşkil olunacaqdır. Tədbirdə Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə “Xəzər” Universitetinin kamera orkestri (bədii rəhbər Zülfiyyə Sadıqova), solistlər Səbinə Vahabzadə (vokalçı), Rəşidə Behbudova (vokalçı), İsrafil Rəsulov (truba) və Səidə Tağızadə (piano) çıxış edəcəklər.

Murad Kajlayev Dağıstan musiqisinin banilərindən biridir. Bəstəkarın yaradıcılığı vətəninin musiqisi, tarixi, zəngin folkloru ilə ayrılmaz surətdə bağlıdır. O, 1931-ci ildə Bakıda anadan olmuşdur. Musiqi istedadı üzə çıxdıqdan sonra Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olmuşdur. Artıq 12 yaşında Böyük Vətən Müharibəsi illərində hospitallarda yaralı əsgərlər qarşısında ilk əsəri ilə fortepianoda çıxış etmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə (professor B.İ.Zeydmanın sinfi) bitirmişdir. Eyni zamanda dirijorluq ixtisası üzrə ilk təcrübəsini Niyazidən almışdır. Təhsil aldığı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmuş və əsərləri konsert proqramlarında ifa olunmağa başlamışdır. Murad Kajlayev 68 il bəstəkarlıq fəaliyyətinə malik ictimai xadimdir. Onun əsərləri dünyanın bir çox ölkələrində  səslənir.

Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, simfonik, instrumental və kamera əsərləri  yaratmış, həm kino, həm də teatr sənətinə layiqli töhfəsini vermişdir. O, 400-dən çox əsərin müəllifidir. Onlardan “Dağıstan” simfoniyasını, caz-orkestri üçün “Afrika” konserti, “Dağlı”, “Mənim məhəbbətim, mənim kədərim”, “İmam Şamil” baletlərini, “Validə”, “Yer kürəsi və səma” müzikllərini, uvertüralar, mahnı və romanslar, tamaşalara musiqi, uşaqlar üçün əsərlər, xor əsərlərini qeyd etmək lazımdır.

Sənətkarın gənc nəslin yetişdirilməsində xidmətləri danılmazdır. 20 ildən çox bir müddət ərzində o, Dövlət Teleradiosunun Akademik Orkestrinə rəhbərlik etmişdir. Onun bədii rəhbərliyi ilə orkestr yüksək mükafat və adlara layiq görülmüşdür.

Murad Kajlayev 2008-ci ildə Dağıstanda İncəsənət məktəbini yaratmışdır. Hazırda bu məktəb bəstəkarın adını daşıyır. Azərbaycan musiqi mədəniyyətinin təbliğindəki müstəsna xidmətləri nəzərə alınaraq 2016-cı ildə o, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilmişdir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi